Şənbə, 04 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ərdoğan Türkiyəni dünyanın hədəfinə çıxardı

Prezident Rəcəb Tayyib Ərdoğan həbsdə olan vətəndaş cəmiyyəti liderinin sərbəst buraxılmasına çağırış edən ABŞ səfiri Deyvid M. Satterfild daxil olmaqla 10 səfirin ölkədən çıxarılmasına göstəriş verəndən sonra Türkiyə diplomatik tənqidlərlə üzləşir.

Gununsesi.info xarici mediaya istinadən bildirir ki, Niderland, Danimarka və Norveç bəyanatlar yayaraq bildiriblər ki, onlar Türkiyədə insan haqlarını qorumağa sadiq qalırlar, Birləşmiş Ştatlar və Almaniya isə deyib ki, onlar açıqlama gözləyirlər. Bu ölkələr Ərdoğanın şənbə günü səfirlərini persona non grata elan etdiyi ölkələr arasındadır.

Türkiyə prezidenti səfirləri türkiyəli xeyriyyəçi Osman Kavalanın sərbəst buraxılmasına çağıran ortaq bəyanatlarına görə qınayıb. Ərdoğan bu bəyanatı Türkiyənin daxili məsələlərinə müdaxilə adlandırıb.

Ərdoğan deyib ki, “Onlar Türkiyəni biləcəklər və anlayacaqlar. Türkiyəni bilməyib və anlamadıqları gün, ölkəni tərk edəcəklər.”

Kavala Türkiyənin ən tanınmış vətəndaş cəmiyyəti tərəfdarlarındandır və Ərdoğanın tənqidçisidir. O, 2016-cı ildə çevriliş cəhdini və 2013-cü ildə vətəndaş iğtişaşını maliyyələşdirməklə Ərdoğanı devirməyə çalışmaqda ittiham olunub. O, artıq dörd ildir həbsdədir və hələ ki, məhkum olmayıb və ona qarşı sürülən bütün ittihamları rədd edir.

Türkiyə prezidenti iddia edir ki, o, Türkiyənin müstəqilliyini müdafiə edir. Bəzi müşahidəçilər deyir ki, bu mövqe onun millətçi elektoratını cəlb edir. Prezident seçkilərinin 2023-cü ildə keçiriləcəyi gözlənilir. Duvar News portalının siyasi şərhçisi İlhan Üzgel deyir ki, Ərdoğan xalqın diqqətini valyutanın dəyər itirməsindən və gözlənilən iqtisadi böhrandan yayındırmaq üçün sərt diplomatiyaya əl atdığını deyir.

“İqtisadi vəziyyət çox pis olduğu üçün Ərdoğan populyarlığını itirir. Amma Ərdoğanın Birləşmiş Ştatlarla probleminin olması, millətçi seçicilərin xoşuna gəlir. O, müxalifəti xarici qüvvələrlə, Mərkəzi Kəşfiyyat İdarəsi və Vaşinqtonla onu devirmək məqsədilə əmədaşlıq etməkdə günahlandıra bilər,” o deyib.

Hələ ki, 10 səfirdən heç birinə persona non grata elan olunduqlarına dair rəsmi bildiriş göndərilməyib. Müşahidəçilər deyir ki, Ərdoğanın onları ölkədən çıxarıb-çıxarmayacaqları hələ ki, bəlli deyil və bu addım ölkənin maliyyə problemlərini kəskinləşdirə və Türkiyəni Qərb müttəfiqlərindən təcrid edə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Özünü qul adlandıran keçmiş nazir müavininin oğlunun rəhbərlik etdiyi şirkətlərin adları açıqlandı – Foto

Yeni nazir müavini 3 il əvvəl "Audi" ilə "Bravo"ya girmişdi

"Plastik əməliyyatla 15 yaş cavanlaşdım" - Kübra Əliyeva

2022-ci il üçün Çin ulduz falı: kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq - Video

Sabiq nazirlə general həbsdə, Fazil Məmmədov isə rahatca biznesini idarə edir

“İrəvan Moskva olmadan Ankara və Bakı ilə...” - Qriqoryanın Anadolu agentliyinə müsahibəsi

Rusiya XİN ermənilərin Qarabağı “təhvil verməsi” ittihamını rədd edib

Rəsul Quliyev: "Ola bilər, Azərbaycana 15 günlük gəlim, düşünmürəm ki, maneə var"

“Ermənistan “Zəngəzur dəhlizi”nin açılmasından imtina etsə, ciddi təzyiqlə qarşılaşacaq” - Sabiq nazir

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı bəyanat

"Sus, cavab qaytarma" - Ailəni məhv edən doğru bildiyimiz yanlışlar

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay