Bazar, 17 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ərdoğan: “Türk Evi ABŞ-da yaşayan qohum xalqlara və dost cəmiyyətlərə xidmət göstərəcək”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı Türk Evinin açılışında 36 mərtəbəli binanın təkcə Türkiyə vətəndaşları və soydaşlarına deyil, həmçinin ABŞ-da yaşayan qohum xalqlara və dost cəmiyyətlərə də xidmət göstərəcəyini, qurumun qapılarının hər kəsin üzünə açıq olduğunu bildirib.

O, yeni mərkəzin ərsəyə gəlməsində Türkiyənin mərhum sabiq prezidenti Süleyman Dəmirəl başda olmaqla, bir çox şəxslərin xidmətlərini qeyd edib.

“Türk Evi keçmiş xarici işlər nazirimiz mərhum İhsan Sabri Çağlayangil tərəfindən dövlətimizə qazandırılan torpaq sahəsi üzərində inşa edilib. 1977-2013-cü illərdə xidmət göstərən binamızı yeniləməyə qərar verdik və buna nail olduq. Bu binanın Nyu-Yorkda BMT-nin qarşısında inşa olunması xüsusi bir məna daşıyır. Türkiyə BMT-nin qurucu üzvlərindən biri olaraq beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olması üçün göstərilən fəaliyyətlərə aktiv dəstək verir”, - deyə dövlət başçısı bəyan edib.

Ərdoğanın sözlərinə görə, Türk Evində ölkənin BMT-dəki daimi nümayəndəliyi, Nyu-Yorkdakı konsulluğu və Şimali Kipr Türk Cümhuriyyətinin daimi təmsilçiliyi yerləşəcək. Bina Türkiyə Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərəcək.(Anadolu)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Hüseynün: İranın Azərbaycanda İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən dəstəklənən yeni hərəkatı

"Toya yazdırdığım pula heyfim gəlir" - Zaur Baxşəliyev

"Tarif Şurası qiymətləri artıranda Prezident İlham Əliyev də onun acığına maaş və pensiyaları artırır" - İlqar Məmmədov

Azərbaycanın bəzi iqtisadi rayonlarının adlarında dəyişiklik edilib

Azərbaycanda yeni partiya yaradıldı, Qubad İbadoğlu sədr seçildi

Virusun mövcud olmadığı 5 ölkə: Koronavirus bu ölkədə rəsmən “yoxdur”, amma 25 min adamı öldürüb...

Azərbaycanda koronavirusun beşinci dalğası gözlənilirmi? - Ekspertlərdən şərh

Prezident: 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir

Elxan Məmmədov - Azərbaycan futbolunun orqanizmindəki xərçəng şişi...

Şəmkirdə qatarın vurub öldürdüyü şəxsin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar