Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Talibanın verdiyi vədləri yerinə yetirməsini istəyir

"Dohaya səfərimiz zamanı regional məsələlərlə bağlı, xüsusilə, Əfqanıstanın Kabildəki beynəlxalq hava limanının Türkiyə ilə Qətərin birgə əməkdaşlığı nəticəsində idarə olunması məsələsi gündəmimizdə olacaq".

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə iki günlük səfərindən öncə hava limanında jurnalistlərin sualların cavablandırarkən bildirib.

R.T.Ərdoğan deyib ki, Taliban rəhbərliyinin Türkiyəyə yüksək səviyyəli səfəri baş tutarkən Əfqanıstanda sosial və humanitar məsələlərlə bağlı verdiyi vədləri yerinə yetirməsini istəyir: “Təmənnamız odur ki, Taliban rəhbərliyi verdiyi bütün vədləri yerinə yetirsin. Xüsusilə, qadınların sosial həyatı, uşaqların təhsili ilə bağlı mövzulara çox həssas yanaşırıq”.

Qeyd edək ki, R.T.Ərdoğan dekabrın 6-7-də Dohada keçiriləcək Türkiyə-Qətər 7-ci Yüksək Səviyyəli Strateji Komitənin toplantısında iştirak edəcək.

Səfər çərçivəsində Türkiyə Qətər əlaqələri hərtərəfli müzakirə ediləcək, regional və beynəlxalq məsələlərin həlli barədə danışıqlar aparılacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar