Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan niyə tormozlara basıb U dönüşü etdi?

Türkiyə prezidentinin və AKP-nin artıq İstanbul məğlubiyyəti ilə razılaşmaqdan başqa çarəsi yoxdur...

Ertuğrul Kalafat
“Yeniçağ” qəzeti, Türkiyə, 14 iyun 2019-cu il

İstanbul seçkilərində qalib gələn Əkrəm İmamoğluna haqsızlıq edilməsinə vətəndaşların etiraz etdiyini görən Rəcəb Teyyub Ərdoğan ani bir U dönüşü edərək İstanbulin 39 rayonuda seçkilərlə bağlı keçirəcəyi görüşləri ləğv edib.

Ərdoğan hətta, İmamoğlu ilə birlikdə efirə çıxmaq istəməyən, “Buna təkbaşıma qərar verə bilmərəm”, deyən Binəli İldırımın artıq İmamoğlu ilə efirə çıxmasına da icazə verib.

Çünki Ərdoğan bilir ki, bundan sonra nə qədər çalışsa da, AKP İstanbul seçkilərində qalib gələ bilməyəcək. Ərdoğanın seçkilərlə bağlı işlədiyi bəzi anket şirkətləri də başa düşür ki, keçən seçkilərdə İmamoğluna haqsızlıq edildiyi üçün CHP bu dəfə daha çox səs toplayacaq. Təbii olaraq, Prezident qalib gəlməyəcəyi seçkilər üçün niyə özünü riskə atsın ki?

Ərdoğanın dünyasında məğlub olmaq anlayışı yoxdur. O, lazım olanda milliyətçilikdən də, liberalizmdən də, türkçülükdən də, dindən də istifadə edərək xalqı inandırmaq üçün hər cür yola əl atır. Anadangəlmə manipulyasiya bacarığı olduğu üçün saf Anadolu xalqını inandırmağı hər zaman bacarır.

Lakin Binəli İldırım Ərdoğan kimi manipulyasiya etməyi bacarmır. Ona görə də, seçkilərdən sonra “səslərimizi oğurladılar” deyərək statusuna yaraşmayan ifadələr işlədib və hətta, sonradan jurnalistlər İldırımdan niyə belə dediyini soruşduqda “Nə edim, elə deməyə məcbur idim” cavabını verərək özünü daha da gülünc vəziyyətə salıb.

Görünür, bütün bunlardan sonra Ərdoğan Binəli İldırıma görə özünü riskə atmaq istəmir. Buna görə, seçkiləri qazana bilmədiyi zaman xalqın gözündə məğlub olmuş prezident kimi görünməmək üçün seçkiləri saraydan izləyəcəyini elan edib. Seçkilərdən sonra isə “Görürsünüz də, seçkidə yarışan mən deyildim. İki nəfər yarışdı, biri qalib gəldi, digəri də məğlub oldu” deyəcək.

Yəqin ki, qurban kimi ortaya atılan Binəli İldırım Əkrəm İmamoğlu ilə çıxacağı seçki iclasında əcəl təri tökəcək və onu bu işdə tək qoyanlardan gileylənəcək. Cənab Binəli İldırımın İstanbulu idarə etmək üçün artıq pozitiv enerjisi və normal psixologiyası qalmayıb. Hər nə qədər bələdiyyələrdən faydalanan təriqətlər Binəli İldırıma dəstək versə də, sənətin və mədəniyyətin şəhəri olan İstanbulu Əkrəm İmamoğlunun idarə etməsi daha uğurlu olacaq.

Rəcəb Teyyub Ərdoğan və müttəfiqlərinin seçki ərəfəsində xalqa verə biləcəyi heç bir vəd qalmayıb. Digər tərəfdən, Ərdoğan son dönəmdə siyasi hakimiyyətini uzatmaq üçün necə Atatürkə və respublikaçılığa sığınırsa, eləcə də, parlament sistemini yenidən quraraq müxalifəti də kənarda buraxmaq istəyə bilər.

Ərdoğan, onsuz da, “Mən fərqli bir prezident olmaq istəyirəm” demişdi və belə də oldu. Ondan sonra gələcək şəxslərin prezident olması artıq çox da önəmli deyil.

Tərcümə PİA.az-ındır.

Orijinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar