Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Nigeriyada hücuma məruz qalan gəminin kapitanı ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya sahillərində heyət üzvləri dəniz quldurları tərəfindən qaçırılan gəminin kapitanlarından biri ilə telefon söhbəti edib.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumatda bildirilib.

Kapitan Furkan Yaren ilə telefonla danışan prezident deyib ki, bu məsələ tamamilə onun nəzarətindədir.

Ərdoğan gəmiyə edilən hücum zamanı özlərini qurtaran 3 nəfərin səhhəti ilə də maraqlanıb və girov götürülənlərin geri qaytarılması üçün cəhdlərin davam etdiyini deyib.

Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur. Dəniz quldurları tərəfindən qarət edilən gəmi Qabonun Gentil limanında lövbər salıb. Gəmidə qalan F.İsmayılovun nəşi yanvarın 26-da Türk Hava Yollarının uçuş reysi ilə Azərbaycana göndəriləcək. Gəmidə qalan 3 nəfər isə müalicə üçün nəzarətə alınıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar