Çərşənbə, 23 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ərdoğan:"NATO xoşbəxt olmalıdır ki, Türkiyə S-400 alıb"

Çünki alyansın üzvü və NATO-nun özü daha da güclənəcək

NATO Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına görə xoşbəxt olmalıdır. Çünki alyansın üzvü və NATO-nun özü daha da güclənəcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı bildirib ki, S-400-lərin əldə olunması NATO-ya güclü təsir edəcək:

“Alyans bundan xoşbəxt olmalıdır. Əgər NATO-da 3-5 ən güclü üzv ölkə varsa, onlardan biri Türkiyədir. Regionumuzda isə Türkiyə NATO-nun ən güclü dayağıdır. Yəni bu, həm də alyansı gücləndirəcək”.

Qeyd edək ki, Rusiyadan göndərilən S-400 zenit-raket kompleksləri bu gündən etibarən Türkiyəyə çatdırılıb.(Oxu.az)

pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar