Çərşənbə, 03 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ərdoğan məşhur aparıcı barəsində cinayət işinin açılmasını istəyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “FOX” televiziyasının məşhur aparıcısı Fatih Portakal barəsində cinayət işinin açılması üçün İstanbul Baş Prokurorluğuna müraciət edib...

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, dövlət başçısı məşhur aparıcını sosial şəbəkədə yalan və xalqı çaşdırmağa yönəlmiş məlumatlar paylaşmaqda ittiham edir.

R.T.Ərdoğanın vəkili Ahmet Özel deyib ki, dövlət başçısı yazılı müraciətində milli həmrəyliyin önəmini vurğulayıb, könüllülük əsasında kampaniyaya göstərilən təvəccöhdən bəhs edib, görülən bütün tədbirləri açıqlayıb və tarixi bir nümunə olaraq Təkalifi Milliyə qanunundan söz açıb.

Vəkil A.Özel Fatih Portakalın tvitində R.T.Ərdoğanın nəzərdə tutmadığı ehtiyatı olan və əmanətçilərdən zorla vəsait istəniləcəyi yönündə işlətdiyi ifadələrin yalan olduğunu vurğulayıb: “Bunlar tamamilə yalan və xalqı çaşdırmağa, aldatmağa hesablanmış ifadələrdir. Bu səbəbdən cinayət işinin qaldırılması ilə bağlı prokurorluğa müraciət etmişik”.

F.Portakalın həmin tvitində bu sözlər yer alıb:

“Təkalifi Milliyə yada salınaraq, “bir də çətin günlərdən keçirik” deyilərək əmanəti və ya ehtiyatı olanlarda pul istəniləməsin! Koronasonrası ödəyək deyirlərmiş bir də! Olmaz, olmaz deyə bilmirəm, təəssüf ki!”.

Qeyd edək ki, Təkalifi Milliyə Türkiyənin İstiqlaliyyət müharibəsi dövründə ordunun ehtiyaclarını qarşılamaq üçün hazırlanan qanun olub. Qanuna görə, ehtiyac olduğu təqdirdə xalqa məxsus mülk və ya pul müsadirə edilə bilər.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının 200 minlik yeyintisi aşkarlandı

Nizami Rayonu İcra başçısının oğlu Milli Məclisdəki işini itirdi

Fuad Muradovun qardaşından şok açıqlama: “Onu Əli Həsənov idarə edir” - Video  

Vahid Əhmədov bu dəfə Elman Rüstəmovun "bostanına daş atdı"

"Ödəniş etməyənin mağazasına özüm gələcəm" - Kəbirə Məmmədova Binə T/M-də çalışanlara "qan uddurur"

“Vəzifəyə, pula, şöhrətə görə anasını da satar” – Məşhur aparıcı

Koronavirus testlərinə nə qədər güvənmək olar?

Nazir zərərlə işləyən qurumların adını açıqlayıb

loading...

Ən çox oxunanalar