Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan: "İdlibdən 400 minə yaxın sakin Türkiyə sərhədinə doğru yola çıxıb"

Suriyalılar yenə Türkiyəyə üz tutub...

"Suriyanın 4 milyonadək əhalisi olan İdlib bölgəsində hökumət qüvvələrinin hücumları ilə əlaqədar gərginliyin artması nəticəsində 400 minə yaxın sakin Türkiyə sərhədinə doğru yola çıxıb".

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türk - Alman Universitetinin açılış mərasiminə gələn Almaniya kansleri Angela Merkel ilə apardığı danışıqlardan sonra keçirdikləri birgə mətbuat konfransında deyib.

“Sürətlə sığınacaqlar hazırlamaq üçün səfərbərlik elan etdik. Bizim sərhədə 30-40 kilometrlik məsafədə bunlar qurulacaq”, - dövlət başçısı qeyd edib.

Suriyanın şimalında keçirdikləri “Barış pınarı” əməliyyatına toxunan dövlət başçısı Tel Abyad və Rasulayn arasında 32 kilometr dərinliyində təhlükəsiz zolaqda sabitliyin təmin olunması üçün ABŞ, Rusiya və Qərb ölkələrinə əməkdaşlıq üçün müraciət etdiklərini, lakin müsbət cavab almadıqlarını diqqətə çatdırıb: “Təəssüf ki, istər ABŞ, istərsə də Rusiya ilə keçirdiyimiz danışıqlar terror təşkilatının bu bölgədən çıxarılmasına gətirib çıxarmadı. Bizim mübarizəmiz bu istiqamətdədir”.

pia.az


Etiket: Ərdoğan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar