Şənbə, 20 Aprel 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Ərdoğan edam cəzasını bərpa etməyə hazırdır

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bir daha ən sərt cəza növü kimi edam cəzasınımn bərpa edilməsinə hazır olduğunu bildirib

Ərdoğan bunu Ereylidə təşviqat mitinqində çıxış edərkən deyib.

“Biz edam cəzasını ləğv etməklə səhvə yol vermişik. Mənə elə gəlir ki, bu səhvdir. 2016-cı il iyul ayının 15-nə keçən gecə dövlət çevrilişinə cəhd zamanı 251 vətəndaşımız həlak olub. Onlar ömürlərinin sonuna kimi barmaqlıqlar arxasında qalsalar da, bu fakt mənə pis təsir edir ki. bunları yedirmək lazımdır. Bunun bağlı parlament edam cəzasının bərpası barədə qərar qəbul etsə, mən onu təsdiqləyəcəyəm”, - Ərdoğan deyib.

Qeyd edək ki, 2018-ci ilin avqustunda da Ərdoğan ölkədə edam cəzasının bərpasına hazır olduğunu bildirmişdi.(Virtualaz.org)

pia.az

Etiket: Ərdoğan

Şərh yazın.

loading...