Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ərdoğan bu üç ölkəyə xəbərdarlıq etdi” - Politoloq

Teleqraf.com-un suallarını politoloq Rüstəm Məmmədov cavablandırıb.
PİA.az müsahibəni təqdim edir:

– Rüstəm müəllim, sabah Cenevrədə AzərbaycanErmənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü keçiriləcək. Bu görüşdən gözləntiniz nədən ibarətdir?

– Mən bu görüşdən heç nə gözləmirəm. Çünki Ermənistan azğınlığını davam etdirir. Atəşkəsi tez-tez pozur. Görüşdə qəbul ediləcək qərarlara da Ermənistan əməl etməyəcək. Vəssəlam.

Ancaq, əlbəttə, bu görüş çox mühüm görüş ola bilər. Əgər Ermənistanın buna iradəsi çatarsa. Ermənistan başa düşür ki, müharibədə məğlub olub. Öz məğlubiyyətini etiraf etmək istəmir. Ona görə də görüşün ən azı nəticə ilə yekunlaşmasını qəbul etməyəcək. O, bunu istəmir. Bu baxımdan görüşdən nəsə gözləmək düzgün olmazdı. Məhz bu baxımdan Azərbaycan Ordusu öz qabiliyyət yürüşünü davam etdirməlidir.

– Bundan öncə Moskvada və Vaşintonda görüşlər keçirildi. Hər iki görüşdən sonra humanitar atəşkəslə bağlı razılaşma əldə olundu. İndi isə Cenevrə görüşü hazırlanır. Əgər bu görüşlərdən bir fayda olmayacaqsa, nə üçün keçirilir?

– Bu görüşlər müəyyən dərəcədə dünya güclərinin özlərini dünyada sülhün carçısı kimi göstərməsindən ötrüdür. Belə görüntü yaratmaq istəyirlər ki, onlar sülhə çalışır, sülh naminə bu işləri görürlər. Lakin mən onların bu bölgədə sülhü təmin etmək istiqamətində addımlarını qəbul etmirəm, bəyənmirəm. Çünki onlar bu məsələyə səthi yanaşırlar. Onlar bu işi Azərbaycanın ixtiyarına buraxıblar. Azərbaycanın gücü çatırsa etsin, çatmırsa etməsin. Məntiq belədir. Azərbaycan da öz ordusunun köməyi ilə tezliklə bu məsələsini yekunlaşdıracaq.

– Hazırda mövcud olan hərbi-siyasi vəziyyəti necə qiymətləndirmək mümkündür?

Ermənistan vəziyyəti pat vəziyyətinə salmaq istəyir. İstəyir ki, vəziyyət pat vəziyyətində qalsın. Çünki o, əvvəl-axır uduzduğunu etiraf etməlidir. Əvvəl-axır ölən erməni əsgərlərinin sayını deməlidir. Bunlardan qaçmaq üçün o, Anna Akopyanı qabağa buraxır, başqa formalarda artistlik, təlxəklik edir. Təlxəkliklə isə münaqişəni həll etmək olmaz. Bu təlxəkliyə son qoymaq üçün Azərbaycan Ordusu cənab prezidentin dediyi kimi erməninin başına vurduğu zərbələri davam etdirməlidir ki, yerində otursun. Məsələ birdəfəlik yekunlaşsın.

– Çox qəribədir ki, özlərini sülhün carçısı kimi göstərən həmin ölkələr dayanıqlı sülhə nail olmaq üçün Ermənistana təzyiq etmirlər. Əksinə, cənab prezidentin dediyi kimi onu silah-sursatla təchiz edirlər və ölkəmizə təzyiq göstərmək xətti tutublar.

– Bəli, bu təzyiqlər RusiyaABŞ-dan, daha çox isə Fransadan gəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan mərdi-mərdanə sinəsini qabağa verib bu təzyiqlərin qarşısını almağa çalışır. Bu təzyiqlər heç zaman Azərbaycan xalqının iradəsini qıra bilməz. Azərbaycan öz işində haqlıdır və haqq yolunda addımlayır.

– Biz məlum səbəbdən Ermənistan ərazisinə zərbələr endirə bilmirik. Onlar da bundan sui-istifadə edir. Müharibə zonasından xeyli uzaqda yerləşən şəhərlərimiz dağıdılır, mülki insanlar həlak olur, infrastruktura ciddi ziyan dəyir. Sizcə, bu vəziyyət nə vaxtadək davam edəcək?

– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə çox gözəl deyib. Deyib ki, bizim qırmızı xəttimiz keçilsə, kimliyindən asılı olmayaraq göz yummayacağıq. Ona görə də mənə elə gəlir ki, Türkiyə bu məsələyə dair öz qərarını verəcək və Rusiya da buna susacaq. Bunu qəbul edəcək. Çünki Türkiyə xəbərdar edib. Bu qədər ola bilməz. Dinc əhalinin qırılması həm beynəlxalq hüquqa, həm də birgəyaşayış qaydalarına ziddir. Ərdoğan Rusiya ilə yanaşı Fransa və ABŞ-ı da xəbərdar edib. Onlar isə susur. Təbii ki, susmaq razılıq əlamətidir. Yəqin ki, yaxın zamanlarda Türkiyə bu işə bir əncam çəkəcək.

– Siz Türkiyənin hərbi əməliyyatlara daxil olmasını nəzərdə tutursunuz?

– Türkiyə bir yolunu tapacaq. Çünki artıq başqa çıxış yolu yoxdur. Olduqca həyasızdırlar. Xatirinizdədirsə, yayda sizə müsahibə zamanı İrəvana qədər gedib çıxacağımızı bildirmişdim.

– Bəli, xatırlayıram.

– Bizim ordumuz əvvəl-axır İrəvana qədər gedib çıxmalıdır. İnşallah, çıxacaq. Biz bunun da şahidi olacağıq.

– Ancaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı var və müqavilənin iştirakçısı olan bir ölkənin ərazinə daxil olmaq digər dövlətlərin hərəkətə keçməsi üçün əsas ola bilər...

– KTMT ancaq Rusiya deməkdir. Orada nə Qazaxıstan, nə Özbəkistan, nə Tacikistan, nə Qırğızıstan, nə də Belarus Azərbaycana söz deməyə cürət edə bilməzlər. Rusiyanın isə sözünün qabağında söz deyən dövlət var. Cənab Ərdoğan bunu bu günlərdə dedi.

Ermənistan tərəfi israrla qondarma Dağlıq Qarabağ rejiminin tanınmasına çalışır və bu istiqamətdə çağırış edir. Bu məsələ bir qədər narahatlıq doğurur...

– Dağlıq Qarabağı heç kim tanıya bilməz. Çünki Avropa ölkələrinin tam əksəriyyəti milli azlıqların hüquqları barədə 1992-ci il konvensiyasına imza atıblar. Həmin konvensiyaya görə milli azlıqlar öz müqəddəratlarını təyin edə bilməzlər. Yalnız dövlət daxilində məhdud formada öz müqəddəratlarını təyin edə bilərlər. Bu da məktəblər, muzeylər yaradılmasından, öz dilində mətbu nəşrlət buraxmasından ibarət ola bilər. Vəssəlam. O dövlətlərin ərazisini parçalayıb müstəqil dövlət yarada bilməzlər. Ona görə də heç bir dövlət Dağlıq Qarabağı tanımayacaq. İspaniyanın Kataloniya əyalətini götürək. Öz müqəddəratını təyin etmək istədi, heç bir Avropa dövləti onu tanımadı. Çünki onlar öz imzasına hörmət edir. Onlar onu tanısalar, sabah həmin dövlətlərin ərazisindəki milli azlıqlar da öz müqəddəratını təyin etməyə başlayacaqlar. Bu, qeyri-mümkündür. Məgər Fransada, İtaliyada, Belçikada, Böyük Britaniyada milli azlıq azdır? Hamısı öz müqəddəratını təyin etməyə başlasa, aləm bir-birinə qarışacaq. Ona görə də heç biri Dağlıq Qarabağı tanışır və tanımayacaq.

– Amma ortada Serbiya-Kosova kimi pis bir nümunə var.

– Kosova ABŞ-ın oyunu idi. Əslinə qalsa, serbləri cəzalandırmaq üçün düşünülmüş bir addım idi. Bu, presedent kimi iştirak edə bilməz. Onu presedent kimi qəbul etmək olmaz. Şotlandiya öz müqəddəratını təyin edib, amma heç kim onu tanımır. Tanımayacaq da. Qeyri-mümkündür. Müasir beynəlxalq hüquqda milli azlıqlar öz müqəddəratını təyin etmək hüququna malik deyil.

– Çox təəsüf ki, ABŞ Prezidenti Donald Tramp bu günlərdə Nyu-Hempşirdə etdiyi çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin adını Serbiya-Kosova münaqişəsi kontekstində çəkib...

- Mənə belə gəlir ki, narahatlığa əsas yoxdur. Çünki tanısaydılar indiyədək tanıyardılar. Hamı başa düşür ki, həmin addım dərhal onların öz əleyhinə yönələcək. Məsələn, Rusiya tanısa, öz müqəddəratını tanımaq istəyən nə qədər milli azlıq baş qaldıra bilər. Sadəcə olaraq Serbiya ilə bağlı onu deməliyəm ki, Belqrad insan hüquqlarını həddindən artıq çox pozmuşdu. Bu, ABŞ-ın insan hüquqları konsepsiyasına tamamilə zidd olduğu üçün Kosovanı tanıdılar. Başqa bir variant yox idi. Azərbaycan Dağlıq Qarabağ ermənilərinin hüquqlarını pozmayıb axı. Heç kim də sübut edə bilməz ki, Azərbaycan Dağlıq Qarabağ ermənilərinin hüquqlarını pozub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar