Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Azərbaycanda hərbi baza yaradılacaqından danışdı... - Gözləntilər nə zaman reallaşacaq?

Azərbaycanda Türkiyə bazasının yaradılması ölkəmiz üçün müdafiə sahəsində hansı üstünlüklər saxlayacaq və bunun hansı mənfi tərəfləri var?..

Hərbi ekspert: “Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin şərtləri heç də Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasını istisna etmir”.

“Bunun üçün Azərbaycan və Türkiyə arasında bəzi xırda detalları razılaşdırmaqdan başqa ciddi bir şey qalmayıb. Yəni bazanın yaradılması üçün sadəcə olaraq bəzi detalları razılaşdırmaq lazımdır. Qalan proseslərin həyata keçirilməsi üçün hər iki tərəfin siyasi iradəsi yetərlidir”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasının mümkünlüyünü PİA.az-a şərh edərkən qeyd edib.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycan ərazisində Türkiyənin hərbi bazasının yaradılması istisna deyil.

Bu barədə Türkiyə lideri jurnalistlərlə söhbətində bildirib. Xəbəri «Anadolu» dövlət informasiya agentliyi yayıb.

Jurnalistin “Şuşa Bəyannaməsindən danışarkən cənab İlham Əliyev bunu Qars müqaviləsi ilə müqayisə etdi. Azərbaycan cəmiyyətində Türkiyənin hərbi baza yaratmasına ciddi tələb var. Bu yeni saziş çərçivəsində Azərbaycanda bir hərbi baza yaradıla bilərmi? Şuşa Bəyannaməsi hərbi bazanın yaradılmasına imkan tanıyırmı?” sualına Ərdoğanın cavabı müsbət olub.

“Dediyiniz bu məsələ (Türkiyənin hərbi bazasının yaradılması - Red.) Bəyannamənin izah etdiyimiz maddələrinin xaricində deyil. Bu məsələ daha sonra sonra inkişaf etdirilə, genişləndirilə bilər.

İndi burada əsas məsələ sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, buna zəmanət verilməsidir. Bu mövzu Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə məsləhətləşmələrinin­­ gedişində öz həllini tapa bilər. Eyni zamanda bizim danışıqlarımızın gedişində də bu məsələnin həlli başqa bir formada reallaşdırıla bilər,” - deyə, qardaş ölkənin prezidenti bildirib.

Bəs Azərbaycanda Türkiyə bazasının yaradılması ölkəmiz üçün müdafiə sahəsində hansı üstünlüklər saxlayacaq və bunun hansı mənfi tərəfləri var? Eyni zamanda belə bir açılqlamanın Türkiyənin birinci ağızından səslənməsi onu deməyə əsas verirmi ki, yaxın zamanlarda Azərbaycanda Türkiyə bazası olacaq?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Türkiyə silahlı qüvvələri hazırda dünyanın üç qitəsində - Asiya, Afrika, Avropada yerləşən 15 hərbi bazaya malikdir. Türkiyənin Azərbaycanla olan münasibləri isə bu 15 ölkələrlə olan münasiblərindən çox-çox yüksək səviyyədədir”.

Türkiyə hərbi bazasının yaradılmasını mümkün hesab edən hərbi ekspert PİA.az-a bildirib ki, hətta bu gözlənilən idi. Yəqin ki, yaxın aylarda bu məsələyə tam aydınlıq gətiriləcək:

Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin şərtləri heç də Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasını istisna etmir. Xatırlayırsınızsa, hələ bu ilin əvvəlində hərbi baza yaradılması ilə bağlı Azərbaycanın bir neçə şəhəri Türkiyə üçün namizəd olaraq göstərilirdi. Belə məlumatlar mətbuatda yayımlanırdı.

Odur ki, Azərbaycanda hərbi bazanın yaratması mümkündür. Bunun üçün Azərbaycan və Türkiyə arasında bəzi xırda detalları razılaşdırmaqdan başqa ciddi bir məsələ qalmayıb. Yəni bazanın yaradılması üçün sadəcə olaraq bəzi detalları razılaşdırmaq lazımdır. Qalan proseslərin həyata keçirilməsi üçün ciddi maneələr yoxdur. Hər şey iki dövlət başçısının siyasi iradəsindən asılıdır.

Türkiyənin Şuşa şəhərində konsulluğunun açılması məhz Türkiyədən olan vətəndaşların, inşaat şirkətlərinin, o cümlədən hərbi qurumların Qarabağa rahat gediş-gəlişini təmin etmək məqsədi ilə yaradılır.

Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasında heç bir problem yoxdur. Bu tamamilə mümkündür və hətta gözlənilən idi. Yəqin ki, yaxın aylarda buna tam aydınlıq gətiriləcək”.

Nərminə UMUDLU
pia.az


Etiket: Hərbi baza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar