Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan ABŞ səfərində Trampla edəcəyi müzakirə mövzularından danışıb

Ərdoğan ABŞ-a səfər edəcək...

“Trampla görüşümüzdə ikili əlqalərimiz başda olmaqla regional məsələlər müzakirə ediləcək. Görüşümüz çərçivəsində müdafiə sənayesinə uyğun – “Patriot”, “F-35” mövzularının müzakirələri də nəzərdə tutulub”.

APA-nın CNN-Türkə istinadla xəbərinə görə, Macaristanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri bilirib.

R.T.Ərdoğan deyib ki, “Patriot”ları ABŞ Türkiyəyə uyğun qiymətə satacağı halda alacaqlar: “Biz S-400-ü aldıq, bu iş bitdi. “Patriot”u da ABŞ bizə verəcəksə, konqresdə müzakirə edib, qərar verib, bizə bu sistemi uyğun qiymətə satmalarını istərdik”.

Türkiyə prezidenti deyib ki, Vaşinqton səfərində ən önəmli məsələlərdən biri terrorla mübarizədə bundan sonrakı mərhələnin necə olacağının müzakirə olunmasıdır: “Nə ABŞ, nə Rusiya terrorçuları bölgədən çıxara bildi. Biz bu məsələləri hər iki ölkə başçısı ilə danışmalıyıq. ABŞ Mazlum Kobani deyilən bir terrorçunu qəbul edir, amma bizim üçün o terrorçu ilə Əbubəkr Əl-Bağdadinin arasında bir fərq yoxdur. O da yüzlərcə insanın qanına bais olub. Odur ki, biz terrorçulara nə milli, nə dini, nə mənsub olduğu ölkə, nə də digər görüşlərinə görə fərq qoymuruq. Hazırda dünyanın 151 fərqli ölkəsindən 76 min nəfərə Türkiyəyə girişi qadağan etdik. Çünki onlar arasında İŞİD üzvləri və digər terrorçular da var”.

Türkiyə prezidenti onu da bildirib ki, hazırda Əbubəkr Əl-Bağdadinin 13 ən yaxınını ələ keçiriblər.

pia.az


Etiket: ABŞ Türkiyə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar