Çərşənbə axşamı, 02 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Ərdəbildə “Azərbaycan türkcəsinin izahlı lüğəti”nin I cildinin təqdimatı olub

Fevralın 22-də İranın Ərdəbil şəhərində “Azərbaycan türkcəsinin izahlı lüğəti”nin I cildinin beynəlxalq səviyyədə onlayn formatda təqdimat mərasimi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, lüğət Ayətullah Seyyid Həsən Amilinin təşəbbüsü ilə Əhəd Byütənin rəhbərliyi altında böyük bir heyət tərəfindən tərtib olunub.

Tədbirdə İran alimləri ilə yanaşı, Azərbaycandan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Türkiyədən Əli Qafqasyalı, Seyfəddin Altaylı və digərləri iştirak edib.

Akademik Möhsün Nağısoylu mərasimdə lüğətin əhəmiyyətindən danışaraq, onun imkanları, söz və ifadələri haqqında məlumat verib.

İclasda bildirilib ki, lüğət müəllifləri kənd-kənd, oba-oba gəzərək sözügedən əsəri ərsəyə gətirib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Amerikanın Səsi”nə müsahibəsində bildirib ki, lüğətin birinci cildi "a" hərfi ilə başlanan sözləri əhatə edir. Kitab İranda çap olunub və İran Azərbaycanında işlənilən sözləri əhatə edir. Orada sözlərin izahı fars əlifbası ilə verilib.

“Lüğət azı 10 cilddən ibarət olacaq. Böyük bir işdir. Lüğət Cənubi Azərbaycanda işlənən sözləri əhatə edir”.

Akademik bildirib ki, belə bir lüğətin Azərbaycan Respublikasında da çapına ehtiyac var və yeni lüğət azərbaycanlıların yaşadığı bütün əraziləri əhatə etməlidir.

Azərbaycan Respublikasında çap olunan lüğət kasaddır. Cəmi dörd cilddən ibarətdir. Cəmi 40-45 min sözü əhatə edir. Halbuki, bizim dilimizdə 200 mindən çox söz işlənilir”, deyə o qeyd edib.

Nağısoylunun özünün müəllifi olduğu Azərbaycanca-Farsca lüğət 65 min sözü əhatə edir.

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? – Video

Azərbaycan Xarici İşlər nazirliyinin bəyənatları yenidən yalvarici formaya düşüb

Ramiz Mehdiyevin qardaşı oğluna yüksək vəzifə verildi

"OBA"da üzərində söyüş yazılan qadın corbaları satılır - Foto

Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapdı

“Təxminən 5-10 ilə üçüncü Qarabağ savaşı başlayacaqq” - Yəhudi politoloq

Hacı Qamətdən daha bir absurd: “Kişi bibiqızı və ya xalaqızı ilə “WhatsApp”da danışmamalıdır” - Video

Azərbaycanda gəlin qayınanasını döydü: "Evə kişi gətirirdi və..." - Şok Video

İL-76 hərbi təyyarələri Rusiyadan Ermənistana silah daşıyır

İrandan Prezidentin mətbuat konfransında sual verən jurnalistlə bağlı açıqlama

Ən çox oxunanalar