Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ənvər Seyidov bələdiyyəyə sədr seçdi, qaldı deputat seçimi - Qalmaqallı çıxış

Ənvər Seyidov indi də deputat seçir...

71 saylı Masallı kənd Seçki Dairəsindən deputatlığa 10 namizəd iddia edir. Yeni Azərbaycan Partiyasının (YAP) bu dairədən namizədi Bakı Dövlət Universitetinin kafedra müdiri Anar İsgəndərovdur. YAP-ın namizədi təbliğat-təşviqat müddətində hələlik yadda qalan performans nümayiş etdirməsə də, onun rəqiblərindən biri artıq sosial şəbəkədə məşhurlaşıb.

Səbail Bələdiyyəsinin keçmiş sədri və hazırki üzvü, sözügedən dairədən namizəd Firdovsi Cəbrayılov keçirdiyi görüşlərindən birində Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi, çıxardığı hökmlərlə daim ictimaiyyətin tənqid hədəfində olan Ənvər Seyidov çıxış edib. Onun çıxışının videosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Namizədi tərifləyən keçmiş hakim etiraf edib ki, F.Cəbrayılovun Səbail Bələdiyyəsinin sədri olmasında onun müstəsna rolu olub: “Axşamlar gələrdi, oradan yığışıb gedərdik... Bir gün yenə gedərkən Firdovsi mənə dedi ki, Ənvər müəllim, hamıya kömək edirsiz, amma mənə yox. Dedim, axı, sən nə kömək istədin ki, mən etmədim?! Dedi, bələdiyyə seçkiləri keçiriləcək, kömək elə, məni də qat ora, bələdiyyə sədri olum. Biz də kömək etdik, üzv də oldu, sədr də seçildi. Özünü də çox nümunəvi göstərdi. İndi də deputatlığa namizəd olmasına çox sevinirəm, mənim yanıma gələndə...”

Beləliklə, məlum olur ki, Firdovsi Cəbrayılovu bələdiyyə sədri seçdirən Ənvər Seyidov onun deputat mandatı alması üçün fəaliyyətə başlayıb. Keçmiş hakimin dediklərindən məlum oolur ki, onun hakimiyyət dairələrində ciddi əlaqələri var. Əks təqdirdə, Bakının mərkəzi rayonu olan Səbailin bələdiyyə sədri onun xahişi ilə seçilməzdi.

Görünür, Ə.Seyidov deputat seçdirməyə də özündə güc hiss edir. Hər halda F.Cəbrayılovun rəqiblərinin bu faktı seçki qurumlarının diqqətinə çatdıracağı şübhə doğurmur. (“AzPolitika.info”)

pia.az

 


Etiket: Ənvər Seyidov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar