Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Enerji Məsələlərini Tənzimləmə Agentliyi Qarabağda fəaliyyətə başlayır

Energetika Nazirliyinin “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin filiallarının əsasnamələrinin təsdiq edilməsi barədə” əmrində dəyişikliklər edilib.

Bu barədə PİA.az-a Agentliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, yeni əmrə əsasən, Agentliyin (AERA) Gəncə, Mingəçevir və İmişli filiallarının əsasnamələrində dəyişiklik edilərək onların fəaliyyət əraziləri genişləndirilib.

Əsasnamələrə edilmiş dəyişikliklərdə məqsəd 2020-ci ildə Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə enerji məsələlərinin tənzimlənməsi və bununla əlaqədar AERA-nın filiallarının funksionallığının yeni fəaliyyət əraziləri nəzərə alınmaqla təkmilləşdirilməsidir.

Dəyişikliklərə əsasən, Agentliyin Gəncə filialının fəaliyyət ərazisinə işğaldan azad edilmiş Kəlbəcər rayonu, Mingəçevir filialının fəaliyyət ərazisinə işğaldan azad edilmiş Ağdam rayonu, İmişli filialının fəaliyyət ərazisinə işğaldan azad edilmiş Şuşa şəhəri, Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı, Zəngilan, QubadlıLaçın rayonları daxil edilib.

Dəyişikliklər nəticəsində işğaldan azad edilmiş bütün ərazilərdə AERA-nın səmərəli fəaliyyəti təmin ediləcək, o cümlədən energetika sahəsində dövlət nəzarəti müvafiq filiallar vasitəsi ilə həyata keçiriləcək.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar