Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Enerji içkiləri: Gələcəyimizə tuşlanmış öldürücü silah

Reklamı qadağan olunmalıdır…

Gündəlik həyatda – istər küçədə gəzərkən, istər metrodan istifadə edərkən, istərsə də televiziya izləyərkən enerji içkilərinin reklamına tez-tez rast gəlirik. Həmin içkilərin reklamı üçün hazırlanan videoçarxlar və onların qablaşdırılması nə qədər bər-bəzəklidirsə, insan orqanizminə vurduğu zərər dəfələrlə artıqdır.

Xatırladaq ki, enerji içkilərinə əsasən yeniyetmə və gənclərin meyl etməsi birbaşa gələcəyimizin sağlamlığının təhlükə altında olması deməkdir. Enerji içkilərinin insanı “qanadlandırmaq” kimi bir gücünün olması mifi isə tamamilə yanlışıdır. Heç də çoxunun düşündüyü kimi bu içkilər bizə əlavə güc vermir, əksinə tərkibində olan zəhərli və zərərli maddələr daxilimizdəki gücü oyadaraq ondan istifadəni stimullaşdırır. Qəbul edilmiş içkinin təsirini itirdiyi 1-2 saatdan sonra isə bədənin sanki “sönməsi”, insanın özünü öləzik və yorğun hiss etməsi isə istifadə edilən gücün məhz, daxildən oyadılmasına sübutdur. Gündəlik istifadə olunarkən insanda xroniki xəstəliklər- mədə-bağırsaq sistemində kəskin ağrılar, insanın ən həyati orqanlarından olan qaraciyərdə əlavə yüklənmələr, stress, depresiya, xroniki yorğunluq və yuxusuzluq, sinir sisteminin pozulması kimi xəstəliklərə yol aça bilir.

Kofein, şəkər, taurin, quarana kimi maddələrin qarışığından əsl “insan cəlladı” hazırlayan bu içkilərin gündəlik qəbul norması 2 şüşə götürülsə də, orqanizmin gücündən asılı olaraq 1 şüşə belə insana sağlamlığı ilə bağlı problem yaratmağa yetərlidir. Ürək-damar və sinir xəstələri, uşaq, qoca və hamilə qadınların istifadəsi üçün qəti tövsiyə olunmayan bu içkilərin ölkəmizdə alışının həddindən artıq əlçatan olması isə təəssüf doğuran faktdır.

Belə ki, Fransa, Danimarka və Norveçdə satışının ümumiyyətlə, yasaq edildiyi, digər inkişaf etmiş ölkələrdə isə, yalnız apteklərdə xüsusi reseptlərlə satılan bu içkilərin Azərbaycanda da yaxın günlərdə ilkin olaraq kütləvi reklamının aradan götürülməsi gündəmdədir. Belə ki, bu günlərdə parlamentdə “Reklam haqqında” qanuna enerji içkilərinin reklamını yasaq edən bəndin salınması təklifi ilə çıxış edən millət vəkili Musa Quliyevin addımı bunu söyləməyə əsas verir.

Hər halda kommersiya maraqlarının hakim olduğu çağdaş günümüzdə bir çox nüansın maliyyənin artırılmasına yönəldiyi bir faktdır. Lakin insan ölümünə səbəb gətirən siqaret, alkoqollu içkilər və uyuşdurucu ilə adı eyni cərgədə çəkilən energetik içkilərdən gələn maliyyə axımı insanların və xalqın həyatından gələcəyindən və sağlam genefondundan dahamı üstündür ?!(sfera.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar