Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ən yüksək gəlirli idmançılar – «Forbes» təqdim edir…

Reytinqin zirvəsində 3 futbolçu yer alıb

«Forbes» öz saytında son bir ildə daha çox pul qazanmış idmançıların reytinqini dərc edib.

Reytinqin zirvəsində 3 futbolçu yer alıb. Birinci yerdə «Barsenola» klubunun hücumçusu Lionel Messi qərarlaşıb – o, il ərində 127 milyon dollar qazanıb. İkinci pillədə portuqaliyalı oyunçu – «Yuventus»un hücumçusu Kriştianu Ronaldu dayanıb. O, ötən il 109 milyon dollara sahib olub. Üçüncü pillədə isə «Pari Sen-Jermen» klubunun hücumçusu Neymar dayanır – onun illik gəliri 105 milyon dollar təşkil edib.

Futbolçulardan dərhal sonra jurnalın reytinqində 4-cü yerdə meksikalı boksçu Saul Alvares 94,0 milyon dollarla dayanır. Beşinci yerdə isveçrəli tenisçi Rocer Federer (93,4 milyon dollar) qərar tutub.

Altıncı yerdən 10-cu yerə qədər Amerika futbolunun oyunçuları Passel Uilson və Aaron Rocers, basketbolçular Lebron Ceyms, Stefan Karri və Kevin Dyürant qərarlaşıblar.

Bu reytinqə MDB məkanıdan düşən olmayıb. Qadınlardan isə siyahıya 30 milyon dollarlıq qazancla tenisçi Serena Uilyams düşüb – o, 63-cü pillədə yer alıb.

Bu sətirləri yazdıqca, fikir məni «hop götürür» – düşünürəm, «Forbes» zəhmət çəkib Azərbaycan jurnalistlərinin uyğun reytinqini də hazırlasa, pis olmazdı! Nəticə fəlakəili olardı – «həyatın dibində» yarıac vəziyyətdə çabalayan jurnalistlərin bir qismi suisidə üstülük verərdi, digər qismi isə kütləvi halda «top dığırlatmağa» gedərdi.

Odur ki, «doloy jurnalistika!» (AzPolitika.info)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar