Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ən qədim dövrlərə aid abidə: “Yeddi qardaş” kurqanı öz sirrini hələ də saxlayır

Salyan rayonu ərazisində mövcud olan maraqlı tarixi abidələrindən biri də “Yeddi qardaş” kurqanıdır

Rayonun Yeni Uluxanlı kəndində yerləşən kurqanda Sovet dönəmindən bəri heç bir qazıntı işi aparılmayıb.

Sakinlərin dediyinə görə, bu kurqanlarda məişət əşyaları ilə yanaşı, insan sümükləri də aşkar olunub. Kurqanlardan üçü kəndin mərkəzində, dördü isə bir qədər aralıda, əkin sahələrində yerləşir.

Maraqlıdır ki, kənddəki kurqanın ikisindən yalnız insan sümükləri çıxıb, digərlərində isə sümüklərlə bərabər saxsı qablar da aşkar olunub.

Tədqiqaçı Fəxrəddin Fərzəliyevin qənaətinə görə, Kür çayına qədər olan 30 kilometrlik məsafədə Mahmudabad, Qırxçıraq, Qızıl məscid kimi orta əsrlərə və ondan əvvəlki dövrlərə aid olan yaşayış məskənlərinin sıralanması, ticarət karvan yolunun tarixən bu ərazilərdən keçməsi Yeni Uluxanlı kəndinin qədimliyindən xəbər verir.

Ehtimal olunur ki, kənd ərazisində yerləşən kurqan Azərbaycanda Son Tunc-Erkən Dəmir dövrünə – eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərinə aiddir. Bu ərazidə küplər, kərpic, tikinti qalıqları, şirli-şirsiz saxsı qabların tapılması insanların sıx yaşamasından xəbər verir.

Qeyd edək ki, kənd ərazisindəki “Yeddi qardaş” kurqanında hələ arxeoloji qazıntı aparılmayıb. (Oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar