Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əminəm ki, yaxın vaxtlarda Xankəndiyə gedəcəyəm” - Tural Gəncəliyev

Azərbaycan Respublikasının “Qarabağa dönüş” İctimai Birliyinin sədri, Xankəndinin millət vəkili Tural Gəncəliyev Bakupost.az -a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Tural müəllim, artıq nə Dağlıq Qarabağ deyilən ərazi mövcuddur, nə də status var. Qarabağ və “Qarabağa dönüş” İctimai Birliyi var. Bu birliyin fəaliyyəti nədən ibarətdir? Hansı işləri həyata keçirir?

- 44 günlük Vətən Müharibəsində qələbə qazanaraq, şanlı tarix yazdıq. Xalqlar var ki, tarixi oxuyurlar, öyrənirlər. Bizim xalq isə tarix yazdı. Əlbəttə ki, bu qələbəni Ali Baş Komandanımıza, qüdrətli ordumuza, şəhidlərimizə, qazilərimizə borcluyuq. Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz parçası olaraq öz ana hissəsinə qovuşdu. Bu gün əsas hədəfimiz Qarabağı bərpa edib dirçəltmək və oraya dönməkdir. Dövlətimiz və millətimiz tamamilə bu işə fokuslanıb.

Birliyin fəaliyyətinə gəlincə, Qarabağa dönəcək keçmiş məcburi köçkünlərlə işlərin aparılması, gələcəkdə məskunlaşma, onların problemlərinin həlli istiqamətində işlər aparırıq. Əsas məqsədimiz, insanlar tezliklə öz torpaqlarına ləyaqətli şəkildə qayıda bilsinlər. Verdikləri sualları iqtidarımız daxilində cavablandıra biləriksə, dərhal cavablayırıq, yox, əgər bizim səlahiyyətlərimizdən kənardısa, müvafiiq dövlət qurumlarına bununla bağlı müraciət edirik və insanların problemlərinin həll olunmasına yardımçı olmağa çalışırıq.

- “Qarabağa dönüş” İctimai Birliyinin üzvləri kimlərdən ibarətdir?

- “Qarabağa dönüş” təşkilatı keçmişdə Qarabağdan məcburi köçkün olmuş insanlar, hazırda torpaqlarımızın bərpası, yenidən qurulması, torpaqlarımızla bağlı informasiya müharibəsində vaxtı ilə yaxından iştirak etmiş, savaşdan əvvəl və sonra Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, mediada yayılmasında iştirak etmiş şəxslərdən ibarətdir.

-“Qarabağa dönüş” təşkilatının yaxın gələcəkdə Şuşaya köçürülməsi planlaşdırılırmı?

- Bizim təşkilatımız hazırda müvəqqəti olaraq Bakı şəhərində fəaliyyət göstərir. Ümidvaram ki, fəaliyyətimizi tezliklə işğaldan azad olunmuş torpaqlarımızda davam etdirəcəyik.

- Tural müəllim, siz həm də Qarabağ Dirçəliş Fondunun müşahidə şurasında təmsil olunursunuz. Müşahidə şurasında görülən işlər və layihələrlə bağlı nə deyə bilərsiniz?

- Qarabağ Dirçəliş Fondu yaradılanda, mən də müşahidə şurasının üzvü seçilmişəm. Fondun həyata keçirdiyi işlərdə, hazırda işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrimizin bərpası kimi məsələlərdə müşahidə şurasının üzvləri olaraq, məsləhət və tövsiyələrimizi fonda təqdim edirik. Qarabağ Dirçəliş Fondu öz üzərinə düşən vəzifələri çox ləyaqətlə yerinə yetirir. Ümidvaram ki, bunun nəticəsində tezliklə işğaldan azad olunmuş ərazilərimizdə çoxlu sayda abidələrimizin, irsimizin bərpası və bu kimi oxşar işlərdə fondun çoxşaxəli işlərinin şahidi olacağıq.

- İşğaldan azad olunmuş torpaqlarımızda infrastruktur layihələr həyata keçirilir, qəsəbələr, kəndlər bərpa olunur, eyni zamanda “Ağıllı kəndlər” yaradılır. Sizcə, ən tez hansı rayonun əhalisinin köçürülməsinin şahidi olacağıq? Bununla bağlı hər-hansı bir tarix deyə bilərsinizmi?

- Qarabağ işğaldan azad olunandan sonra, çox qısa müddətdə bərpa, yenidənqurma işlərinə sürətlə start verildi, güclü ifrastruktur layihələr həyata keçirildi, ən qısa müddətdə dünya standartlarına uyğun “Zəfər yolu” tikildi. Həmçinin, beynəlxalq standartlara uyğun Füzuli Hava Limanın bu gün açılışı olacaq. Cənab Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ora təşrif buyuracaqlar. Ümumiyyətlə, digər məsələlərə gəldikdə, Şuşanın qısa bir zamanda dirçəldiyinin şahidiyik. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə ilk olaraq Zəngilanda “Ağıllı kənd” layihəsi həyata keçirilir. Cənab Prezidentin də bu məsələ ilə bağlı dediyini xatırlatmaq istəyirəm ki, “gələn ilin əvvəli, əgər işlər intensiv gedərsə, bu ilin sonuna biz artıq ilk keçmiş məcburi köçkünlərin torpaqlarımıza qayıtmasının şahidi olacağıq”. Hesab edirəm ki, işlər belə sürətlə gedərsə, istər Şuşa, istər digər işğaldan azad olunmuş ərazilərimizə qısa zamanda kütləvi şəkildə keçmiş məcburi köçkünlərin yurdlarına qayıtmasınının şahidi olacağıq.

- Qarabağa köçmək istəməyən vətəndaşların aqibəti necə olacaq?

- Sözün açığı, öz fəaliyyətimdə Qarabağa köçmək istəməyən vətəndaşla hələ ki qarşılaşmamışam. Amma belə bir halı nəzəri cəhətdən də təsəvvür edə bilmirəm. Kimsə geriyə qayıtmaq istəməsə belə, sizi inandırım, o qədər insanlar var ki, gedib o torpaqlarda yaşamaq, qurub-yaratmaq istəyirlər. Ona görə də Qarabağa qayıtmaq istəməyən adamların ola biləcəyini ağlımın ucundan belə keçirmirəm və keçirməkdə də çətinlik çəkirəm. Çünki belə bir şey, məncə olmayacaq.

- Qarabağda digər rayonlarımızdan gedib yaşamaq istəyən gənc ailələrin və yaxud gənclərin bu arzusu mümkün olacaqmı?

- Birinci keçmiş məcburi köçkünlərimiz öz torpaqlarına qayıdacaq. İstənilən vətəndaşımız necə ki, Azərbaycanın digər bölgəsinə gedib orada yaşamaq, qalmaq, fəaliyyət göstərmək hüququna malikdirsə, eləcə də Qarabağ da istisna deyil. İstənilən Azərbaycan vətəndaşları Qarabağa da gedəcək, orada yaşayıb fəaliyyət də göstərəcəklər. Qarabağın bütün şəhər və qəsəbələrinin məskunlaşması istiqamətində daim var gücümüzlə çalışmalıyıq ki, gələcəkdə düşmənin ağlından belə keçməsin ki, bu torpaqlarda insanların sayı azdır və yaxud az məskunlaşma var. Ümumiyyətlə, düşmənlərimiz birdəfəlik anlasınlar ki, artıq Qarabağa iddia mümkün deyil. Ona görə də orada çoxlu sayda əhalinin məskunlaşması lazımdır ki, tez bir zamanda dirçəlsin.

- Qarabağda ilk toy planınız nə yerdədir? Sizə olunan müraciətlərin axırı necə oldu?
- Qarabağa gedib məskunlaşandan sonra həm toylu-büsatlı, həm də insanların həyatının firavan keçməsi üçün bu məsələləri nəzərdən keçirəcəyik. Qarabağın dirçəlməsi məhz insanların ora qayıtması, onların firavan həyat sürməsidir. Əminəm ki, Qarabağa qayıdan insanların çoxlu toyları olacaq ki, bizdə bu məsələlərdə daim onların yanındayıq, dəstək olmağa hazırıq.

- Xankəndinin millət vəkili olaraq istər azərbaycanlı, istərsə də erməni əsilli vətəndaşlardan müraciətlər alırsınızmı? Əsasən müraciətlər nədən ibarət olur?

- Təbii ki, Xankəndindən məcburi köçkün düşmüş azərbaycanlı vətəndaşlarımızdan müraciətlər alıram. Onların bütün işlərinin, problemlərinin həll olunmasında əlimdən gələn köməyi etməyə çalışıram. Bəli, hətta Xankəndində yaşayan ermənilərdən də müraciətlər alırıq. Bəzi ermənilər reallığı dərk ediblər. Onlar artıq bilirlər ki, Azərbaycanın Konstitusiyası, Azərbaycanın suverenliyi çərçivəsindən kənar heç cür bizim torpaqlarda yaşamaq mümkün deyil. Həmin o ermənilər bizə müraciətlər ünvanlayırlar, bizdə Azərbaycan qanunlarına uyğun şəkildə cavab veririk. İzah edirik ki, şərtlərimiz budur. Azərbaycan Konstitusiyasını, qanunlarını, suverenliyini qəbul edirsinizsə, o zaman Azərbaycan vətəndaşları kimi hazırda yaşadığınız ərazidə qalmağınız mümkündür. Yox, bunları qəbul etmirsinizsə, çıxıb başqa ölkələrə, başqa yerlərə getməyiniz daha yaxşı olardı.

- Millət vəkili kimi Xankəndinə nə vaxt gedəcəksiniz?

- İnanıram ki, 122 saylı Xankəndi seçki dairəsindən seçildiyim millət vəkili kimi doğma şəhərimə dönəcəyəm. Bunun yaxın gələcəkdə baş tutacağına əminəm. Hazırda Xankəndi şəhərinə qayıtmağımız, geri dönməyimiz, fəaliyyət planımız təşkil edilir. Bir millət vəkili kimi öz fəaliyyətimi məhz doğma şəhərimizdən davam etdirmək ən böyük arzumdur. Əminəm ki, bu arzuma tezliklə çatacağam. Xankəndi Qarabağın gözəl şəhərlərindən biridir. Biz dönəcəyik, orada yaşayıb, fəaliyyət göstərəcəyik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar