Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Emin Rüstəmov özü özünü oğurlatdırdı

Rusiyanın “Rosneft” neft şirkətinin məhkəmə departamentinin əməkdaşı Anastasiya Rüstəmovanın əri Emin Rüstəmov özünü oğurlatdırıb

Virtualaz.org “Baza” telegram-kanalına istinadən xəbər verir ki, buna səbəb Anastasiyanın ərinə futbol oyunlarına pul qoymaq üçün “cibxərcliyi” verməməsi olub.

A.Rüstəmova mayın 17-si polisə müraciət edib. Qadın ağlayaraq bildirib ki, əri Emini oğurlamış şəxslər ondan pul tələb edirlər və əgər gecə yarısınadək o, 520 min rublu quldurlara çatdırmasa, ərinin cinsiyyət üzvlərini kəsəcəklər. Cinayətkarın Qafqaz ləhcəsində danışdığı bildirilib.

Polis əməkdaşları qadına məsləhət görüblər ki, tələb olunan pulu versin. Onlar cinayətkarları pulu alan anda yaxalamaq qərarına gəliblər. Anastasiya pulu asan tapıb – pis qazanmırmış.


Təyin olunmuş vaxtda cinayətkarlarla Anastasiya Rüstəmova yanacaqdoldurma stansiyasında görüşüblər. Pul dolu paket oğrulara çatan kimi Emin yaxınlıqda görünüb. O, ağır və bivec addımlarla baş verənləri kənardan izləyirmiş. Elə bu an Anastasiya ərinin borclarını xatırlayıb və hər şeyi anlayıb.

Məlum olub ki, Eminin bukmeker kontorlarına xeyli borcu yığılıb və onları qaytarmağa pulu yoxdur. Rüstəmov qərara gəlib ki, dostunu onu oğurlamağa razı salsın ki, arvadından lazım olan məbləği qoparsın.

Polis əməkdaşları oğru ilə onun “qurbanını” tutublar.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar