Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Emin Əmirullayevin şəxsi keyfiyyətləri və qarşısında duran vəzifələr... - Ekspert açıqladı

Yeni nazirin rəhbərliyi altında təhsildə hansı dəyişiklikləri, islahatları gözləmək olar? Xüsusən təhsil sistemindəki korrupsiyanın tədricən ortadan qalxacağı gözləniləndirmi?

Təhsil eksperti: “Qalmaqaldan uzaq, sadə, təmkinli, yeniliyə açıq şəxs kimi xarakterizə etdiyim yeni nazirin ölkə təhsilinin inkişafında yeni mərhələ başladacağına inanıram”.

“O, peşəkar Təhsil işçisidir. Uzun müddət təhsil nazirliyi sistemində çalışıb. Olimpiadalarda şagirdlərin qazandıqlarıı uğurlar birbaşa Emin Əmirullayevin adı ilə bağlıdır”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov yeni təhsil nazirindən gözləntilərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən ölkə prezidenti Emin Əmrullayevi Təhsil naziri təyin etdi. Bildirək ki, Emin Əmrullayev peşəkar Təhsil işçisi kimi tanınır. Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışdığı zaman islahatçı və peşəkar kadr olaraq yadda qalıb. Sonradan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb.

2016-cı ilin aprelindən Təhsil Problemləri İnstitutunun (TPİ) direktorunun səlahiyyətləri Emin Əmrullayevə həvalə olunub.

Bəs şəxsi keyfiyyətlərinə görə Emin Əmrullayev öz sələflərindən nəylə fərqlənir və yeni nazirin rəhbərliyi altında təhsildə hansı dəyişiklikləri, islahatları gözləmək olar? Xüsusən təhsil sistemindəki korrupsiyanın tədricən ortadan qalxacağı gözləniləndirmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədova müraciət edib.

Kamran Əsədov: “Azərbaycan təhsili bütün göstəricilərinə görə dünya standartlarından geri qalır”.

Nazir, müavinləri və əməkdaşlarının məktəblərə mütəmadi olaraq gedib sinifdə real vəziyyəti görməli olduqlarını düşünən ekspert PİA.az-a açılamasında əlavə edib ki, təhsil kabinetdən idarə olunmur və oluna da bilməz:

“İlk növbədə qeyd edim ki, Azərbaycan təhsili bütün göstəricilərinə görə dünya standartlarından geri qalır. Hesab edirəm ki, müasir dünyanın təhsil meridianında özünə yer tutmuş dünya standartlarına uyğun modern təhsil sisteminin yaradılması istiqamətində fəaliyyətlər davam etdirilməlidir. Düzdür, son illər ərzində respublikamızda təhsilin bütün pillələrində islahatyönümlü tədbirlər həyata keçirilir. Amma hələ də ciddi irəliləyiş hiss olunmur. Bunlara görə də hesab edirəm ki, ciddi islahatlara ehtiyac var.

Cənab prezident İlham Əliyevin Emin Əmirullayevi Təhsil Naziri təyin etməsini çox Yüksək qiymətləndirirəm. Artıq ölkədə kadr islahatlarında ciddi şəkildə həm gənc nəsil, həm də həmin sahə üzrə mütəxəsislərin təyin olunması həyata keçirilir. Belə ki, o, peşəkar Təhsil işçisidir. Uzun müddət təhsil nazirliyi sistemində çalışıb. Olimpiadalarda şagirdlərin qazandıqları uğurlar birbaşa Emin Əmirullayevin adı ilə bağlıdır.

Azərbaycan təhsili 2014-cü ildən yeni bir yola qədəm qoydu. Bundan sonra da 2014-cü ildən təhsildə başlanmış islayatların, həyata keçirilən layihələrin nəticələnməsi üçün həmin komandanın qalması vacibdir. Ona görə ki, 2014-cü ildən təhsildə başlanmış islahatların, həyata keçirilən layihələrin nəticələnməsi üçün həmin komandanın qalması vacib idi.

Kamran Əsədov: “Baxçalar da Təhsil Nazirliyinə birləşdirilməlidir”.

Bundan başqa, bəlkə də ən vacib nüans odur ki, Mikayıl Cababrovun komandası nazirlik səviyyəsində rüşvətin, korrupsiyanın kökünü kəsmişdi. Yəni yüksək səviyyədə belə hallara rast gəlmək mümkün deyildi. Düzdür, yerlərdə bu kimi hallarla bağlı mütəmadi məlumatlar gəlir. 5 ilə yaxın müddətdə bu komanda çoxsaylı müsbət işlər görüb. Məhz Ceyhun Bayramov da bu yolu davam etdirdi. Belə ki, Ceyhun Bayramovun nazir səlahiyyətlərini yerinə yetirdiyi 4 aydan çox müddətdə bunu müşahidə etmək mümkündür. Qalmaqaldan uzaq, sadə, təmkinli, yeniliyə açıq şəxs kimi xarakterizə etdiyim yeni nazirin ölkə təhsilinin inkişafında yeni mərhələ başladacağına inanıram. Baxmayaraq ki, onların komandasının təhsildə həll etmədiyi bir sıra problemlər var idi. Belə ki, onların dövründə:

1. Pedaqoji təhsil olmayan şəxslər hələ də direktor vəzifəsində qaldı. Hətta onların dövründə müsahibədən keçib təyin olundu;

2. Hansısa neqativ hallar zamanı çevik reaksiya verilmirdi. Nazirliyin reaksiyası çox zaman xəstə öləndən sonra təcili yardımın gəlməsi kimi olurdu;

3. Saxta sənədlərdən istifadə edərək müəllim kimi fəaliyyət göstərənlərin hamısı azad edilmədi;

4. İctimaiyyətə əlaqələr şöbəsi özs fəaliyyətini operativ qura bilmədi;

5. Vətəndaşların müraciətlərinə qısa müddətdə baxış həyata keçirilməlidi.

Kamran Əsədov: “Müəllimlərin, direktorların, direktor müavinlərinin işə qəbulu prosesində ciddi dəyişikliklərə ehtiyac var”.

Yeni nazirdən gözləntilərim:

1. Şagirdlərin bütün siniflər üzrə ölkə ərazisində qəbulu və yerdəyişməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir;

2. Baxçalar da Təhsil Nazirliyinə birləşdirilməlidir;

3. Ali məktəblər üçün islahatlar paketi hazırlanmalıdır;

4. İctimaiyyət nümayəndələri ilə görüşlər mütəmadi olaraq keçirilməlidir;

5. Yuxarıda müsbət xarakterizə etdiyim məsələlər davam etdirilməlidir;

6. Nazir, müavinləri və əməkdaşları məktəblərə mütəmadi olaraq gedib sinifdə real vəziyyəti görməlidirlər. Təhsil kabinetdən idarə olunmur və oluna bilməz;

7. Təhsil haqında qanun yenidən işlənib hazırlanmalıdır;

8. Təhsilin idarə olunamsına yanaşma dəyişməli, məktəblərin özünü maliyələşdirməsinə, kadrların seçimində muxtariyyətin verilməsinə keçmək lazımdır.

Müəllimlərin, direktorların, direktor müavinlərinin işə qəbulu prosesində ciddi dəyişikliklərə ehtiyac var. DİM tərəfindən həyata keçirilən qəbul və buraxılış imtahanlarında Təhsil Nazirliyinin rolunu, fəaliyyətini ancaq nəticələr elan olunanda görürdük. Bu istiqamətdə daha aktiv işlərin görülməsi zəruridir.

Elektron məktəb, elektron universitet lahiyələri həyata keçirilməlidir. Nəticələri illərdir yaxşı olmayan məktəblərin bütün kollektivi xüsusi atestasiyadan keçirilməli, lazım olarsa, yerləri dəyişdirilməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Yeni nazir


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar