Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Emin Ağalarov: “Yeganə yol Azərbaycanın ərazi bütövlüyüdür”

Azərbaycanın Xalq artisti Emin Ağalarov Rusiya kanallarının birində Ermənistanın Qarabağı işğal etməsindən danışıb.

Müğənni aparıcının “Uzun zaman davam edən və bu yay daha da kəskinləşən Ermənistan-Azərbaycan münaqişəsinin həll yollarını nədə görürsünüz? Sizin biznesinizə bu məsələ necə təsir edib? Bu cür geosiyası məsələlər, ümumiyyətlə digər ölkələrdə biznesə təsir etməyə bilərmi” suallarına Xalq artistinin cavabı belə olub:

“Bu sual mənim üçün çox çətindir, çünki mənim Azərbaycan pasportum olmasa da, ilk öncə özümü Rusiyada yaşayan azərbaycanlı hesab edirəm. Bu, münaqişənin ağlabatan hesab etdiyim yeganə həll yolu bizim Azərbaycan torpaqlarımızın Dağlıq Qarabağ ərazisindəki erməni işğalından azad olunmasıdır. Bu hal baş versə, hesab edirəm ki, münaqişənin həllinə doğru ilk addım atılmış olacaq.

Münaqişənin bizim gündəlik həyatımıza təsirinə gəldikə isə, əlbəttə ki, bəli, təsir edir, çünki iki ölkə prinsipcə münaqişədədir. Ona görə də, digər millətlə hər hansı bir əlaqə bir çox mübahisələrə və söz-söhbətə səbəb olur. Şəxsən mən istəyirəm ki, münaqişə həllini tapsın. Lakin yeganə yol Azərbaycanın ərazi bütövlüyüdür”.

Xatırladaq ki, bugünlərdə yerli mediada Emin Ağalarovun Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun qızı Fatimə ilə nişanlandığı barədə xəbər yayılıb.(Azpolitika.az)

pia.az


Etiket: Emin Ağalarov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar