Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Emin Ağalarov: "Mənim 4 uşağım var, oturub gözləyə bilməzdim ki, istintaq nə zaman bitəcək”

Məşhur azərbaycanlı müğənni və Rusiya biznesmeni Emin Ağalarov ABŞ-da xüsusi prokuror Robert Müllerin bu günlərdə başa çatan təhqiqatı barədə danışıb

Ağalarov “The Bell” nəşrinə müsahibəsində Müllerə ifadə verməyə hazır olduğunu deyib. Amma bildirib ki, son anda fikrini dəyişib, çünki Amerikada onu həbs edə və təhqiqat başa çatana qədər həbsxanada saxlaya bilərdilər.

Xatırladaq ki, xüsusi prokuror ehtimal edilən Tramp-Rusiya sövdələşmələri çərçivəsində rusiyalı vəkil Natalya Veselnitskayanın Nyu-Yorkda Trampın oğlu ilə görüşü epizodunu da araşdırırdı. Həmin görüşü Emin Ağalarov təşkil etmişdi. Görüşdə məqsəd Hillari Klinton barədə kompromatların Trampa çatdırılması olmuşdu. Lakin tərəflər bildirirdi ki, görüş başlayanda rusiyalı vəkildə əslində heç bir kompromatın olmadığı üzə çıxıb.

“Mən istintaqın suallarına cavab verməyə hazır idim və ABŞ-a planlaşdırdığım konsert turnesi zamanı ifadə verməyə hazırlaşırdım. Xüsusi olaraq buna iki həftə vaxt ayırmışdım. Çünki gizlətməyə nəyimsə yoxdur. Lakin turneyə bir neçə gün qalmış mənə vəkil zəng vurdu və dedi ki, Müller məndən ifadə almağa hazırdır, amma aeroportda istintaqa cəlb edildiyim haqda order təqdim etməklə. Bu isə o deməkdir ki, sən avtomatik olaraq istintaqın fiqurantı olursan və istintaq başa çatmayana qədər ABŞ-ı tərk edə bilməzsən. Həmin məqamda istintaq artıq iki ildir gedirdi və mən orada ilişib qalmağa hazır deyildim. Mənim dörd uşağım var, mən oturub gözləyə bilməzdim ki, istintaq nə zaman bitəcək” - Emin Ağalarov deyib.

ABŞ-a konsert turnesini ləğv etməsi nəticəsində müğənni yarım milyon dollar itirib. Çünki onun konsertlərinə bütün biletlər satılmışdı. Ağalarov deyib ki, başqa gəlir yerləri olduğu üçün müğənniliyə pul qazanmaq vasitəsi kimi baxmır. Amma payızda hər halda Amerikaya getməyə və konsert verməyə hazırlaşır.

E.Ağalarov onu da deyib ki, rublun dəyərdən düşməsi nəticəsində onun obyektlərindən əldə edilən icarə gəliri təxminən yarıbayarı azaldı. “Biz güzəştlər etməli olduq, icarəçilərlə güzəştli şərtlərlə anlaşmaq lazım gəldi. Rusiya bankında xeyli kreditimiz var. “Sberbank”a olan borcumuz 1.8 milyard dollar təşkil edir. Kredit böyükdür, amma biz ona müqavilə üzrə xidmət göstərə bilirik. Əgər pul çatmırsa şəxsi vəsaitlərimizdən götürüb veririk. Günahkar biz deyilik ki, ölkə böhrana düşüb və ödəmək çətinləşib”-biznesmen müğənni bildirib. (virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən çox oxunanalar