Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməkdar jurnalist ailəlikcə koronavirusa yoluxub

“Dostlar artıq bir ildir ki, dünyanı cənginə alan COVID-19-dan biz də yan keçə bilmədik. Nə qədər qorunsaq da, ətrafımızdakı məsuliyyətsiz, "əşşi boş ver korona-morona yoxdu" deyənlərin ucbatından bizim ailə də bu bəlaya bulaşdı”.

Bu barədə Əməkdar jurnalist Nadir İsmayılov sosial şəbəkə hesabında yazıb.

O, bir müddətdir müalicə aldıqlarını qeyd edib:

“Əminəm ki, Allahın köməkliyi ilə tezliklə normal həyata qayıdacayıq. Amma həm də qorxuram. Çünki normal həyat dediyimiz çöl, küçə, market o koronadan da təhlükəli, "korona yoxdu" deyən ikiayaqlı viruslarla doludur. Müharibə cəbhəsindəki düşmən qədər təhlükəli olan belələrinə qarşı ən sərt addımlar atılmalıdır. Çünki məhz belələrinin cinayəti ucbatından yarımcan hala düşmüşəm, ciyərlərdə buzlu şüşə, daxili orqanlarda ağrılar. Hələ sağalandan sonra hansı fəsadlar qalacaq onu tək Allah bilir. Müalicə üçün sərf olunan maliyyəni hələ bir kənara qoyuram”.

Jurnalist hər kəsə özünü qorumağı tövsiyə edib:

“Bir sözlə, özünüzü qoruyun! Həm gözəgörünməz düşmən olan COVID-19-dan, həm də o düşmənə müttəfiqlik edən aramızdakı ikiayaqlı viruslardan!”.(yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar