Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməkdar artist: “İlhamə Quliyeva vampir kimi enerjimi alırdı” - Video

“İlhamə Quliyeva mənimlə dalaşandan sonra yanında çalışan insanlar vasitəsilə söz göndərirdi ki, efirə çıxanda ona salam yollayım. Deyirdi, Elzanın xətrini çox istəyirəm, sadəcə, məni öyrətdilər ki, onunla dalaşım”...

Bunu Əməkdar artist Elza Seyidcahan “Xəzər” telekanalında yayımlanan “Ay Zaur” axşam şousunda qonaq olarkən deyib.

Sənətçi proqramın aparıcısı Zaur Kamalın xahişindən sonra mərhum Xalq artisti İlhamə Quliyeva ilə münasibətlərindən söhbət açıb:

“İlhamə xanım mənim bir zəngimə evimə gəlirdi. Uşaqlarımın toyunda iştirak edib. İlhamə xanım restoranlarda otururdu. Zəng vururdu müğənnilərə ki, gəlsinlər onun olduğu yerə. Həmin şəxs mütləq gəlməli idi.

Mən bu çağırışlara getmirdim. Gedəndə də görürdüm ki, qeybət edib, sənətçiləri məsxərəyə qoyur. Həmin qeybətləri təsdiqləməli, yalandan üzünə gülməli idim. Bunları isə edə bilmirdim. Müğənnilərə özünəməxsus şəkildə təxəllüslər verirdi, ətrafındakı insanlar da baxıb gülürdülər.

İlhamə xanımın aurası insanı yorurdu. Deyirlər, insanlar var ki, vampirdirlər. Bir var, sənə müsbət enerji verir, bir də var, sənin enerjini alır. Hiss etdim ki, bu qadın mənim enerjimi alır. Ona görə ondan uzaqlaşdım”.

Daha sonra E.Seyidcahan şou-biznesdə küsülü olduğu həmkarlarından danışıb:

“Baş verən hadisələri görürsünüz. Hər şey gözünüzün qarşısında yaşanır. Elə insanlar var ki, onlara salam verib, yanlarında oturmaqla özüm səhv etmişəm. Ona görə də sonra başıma bu cür hadisələr gəlib. Amma elə adamlar var ki, onlarla küsüb, yenidən barışmışam. Nə olar ki? Hər evdə söz-söhbət olur. Deyirlər ki, çəkişməsən, bərkişməzsən”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar