Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki “Şeytan Yuvası”

Bildiyimiz kimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 11 aprel 2018-ci il seçkilərindən dərhal sonra islahatlara başladı və bir sıra nazirliklərdə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də korrupsiya halları səbəb göstərilərək dəyişikliklər edildi

Nazir Səlim Müslümov yeni gənc kadr hesab edilən Sahil Babayevlə əvəzləndi. Nazirlikdə baş verən bu dəyişikliklərdən sonra sadə insanlarda bir ümid yaranmışdı ki, daha əvvəlki korrupsiya hallarına son qoyulacaq, pensiya və ünvanlı yardımların təyinatında şəffaflıq yaranacaq.

Lakin yeni nazir də sələfinin yolunu gedərək öz ətrafına təcrübəsiz dostlarını və “köhnə quldur korrupsioner olan” Heybət İmanov qrupunu yığaraq nazirliyi bataqlığa salıb.

Nazirlikdə illərini bu sahədə keçirmiş təcrübəli peşəkar mütəxəssislər dərhal “qohum-qəbilə” prinsipinə əsaslanan dövlət qulluğunda bir gün də stajı olmayan və ümumiyyətlə, dövlətçilik təfəkkürü olmayan, yalnız rəhbərin ağzına baxan yeni adamlarla əvəz olundu. Artıq nəticə göz qabağındadır. “Dövlət qulluğu haqqında qanun”a əsasən dövlət qulluqçuları yalnız öz ərizəsinə əsasən başqa vəzifəyə keçirilə bilər. Lakin nazirin yeni tapıntısı kadrlar şöbəsinin “peşəkar” müdiri Nərminə Bayramova illərini bu sahəyə həsr etmiş 19 nəfər təcrübəli işçinin yenilik kimi təqdim olunan, lakin, əslində, Dünya bankının ayırdığı krediti mənimsəmək üçün ortaya atılmış korrupsiya layihəsi olan DOST agentliyinə keçməkdən imtina etdikləri üçün işdən azad edib. Əvəzlənən kadrların demək olar ki, hamısı müqavilə ilə işə götürülüb ki, bu fakt burada “korrupsiya işi” olduğunu göstərir. Təkcə bir araşdırma aparılması yetər ki, Dövlət İmtahan Mərkəzi vasitəsilə nazirliyə göndərilən siyahılarda olan imtahandan keçmiş kadrların əksəriyyəti nazirin “yeni tapıntısı” Nərminə Bayramovanın “kriteriyalarına” uyğun gəlmədiyi üçün müvafiq vəzifələrə təyin edilməyiblər.

Əslində, hamıya gün kimi aydındır ki, DOST mərkəzlərinin bər-bəzəkli binaları sosial vəziyyəti ağır olan minlərlə vətəndaşın güzəranına heç bir təsir göstərməyəcək. Guya yenilik kimi təqdi
olunan xidmətlərin hamısı faktiki olaraq nazirliyin müvafiq qurumları tərəfindən həyata keçirilirdi.

Nazirliyin Daxili Audit şöbəsində Heybət İmanovun “Əlillər klubu”

Nazirlikdə daha bir şərti adı “Dostlar” olan qruplaşmaya Heybət İmanov başçılıq edir. Bu qruplaşma da guya saxtakarlığa və saxta əlilliyə qarşı mübarizə aparmalı olan qruplaşmadır ki, həmin qrupa Audit şöbəsinin işçiləri Cəmil Kərimov və Rüfət Bəbirov daxildir. İşin gülməli tərəfi ondan ibarətdir ki, bu qruplaşmanın üzvlərinin 3-ü də özləri saxta əlilliyi olan və rəsmi sənədlərə əsasən əmək qabiliyyətini itirmiş adamlardır. Bu faktlar barədə dəfələrlə mətbuatda şikayətlər və araşdırma yazılar getsə də, nazir Sahil Babayev “Əlillər klubu”nun sosial müdafiəsini təmin edir.(Azerbaycanrealligi.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar