Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əmək Məcəlləsində nə dəyişəcək?

Əmək Məcəlləsinə edilən bəzi dəyişikliklər işəgötürənlərin hüquqlarını artırıb

Bunu məcəlləyə dəyişikliklərin sahibkarların fəaliyyətinə necə təsir edəcəyi ilə bağlı fikirlərini bölüşüən iqtisadçı ekspert Rauf Qarayev bildirib

Onun sözlərinə görə, Əmək Məcəlləsinin dəyişiklik nəzərdə tutulan maddələri işəgötürən də üçün bir çox sualları aydınlaşdırır.

Məsələn: Maddə 3-ün (Əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları) 3-cü hissəsində İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs.

Burada fiziki şəxs dedikdə heç nə başa düşülmürdü.

Yeni qəbul ediləcək qanunda isə fiziki şəxs olan işəgötürən dedikdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs başa düşülür qeyd edilir.

Bu maddənin 9 hissəsinə (Əmək funksiyası hisəsinə) 9-1-ci bənd əlavə edilib:

―Ezamiyyət– işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin iş yerindən müəyyən olunmuş müddətə hər gün daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı başqa yerə xidməti tapşırığı yerinə yetirmək və ya işgüzar səfər üçün getməsi nəzərdə tutulur.

Artıq işəgötürən əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusunun nədən ibarət olduğunu bildi.

Maddə 15-də bildirilir ki, Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir.

Maddənin 2-ci hissəsində «inzibati məsuliyyətə cəlb etmək» sözlərindən sonra «əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən işəgötürənin, müəssisələrin və onların struktur bölmələrinin, avadanlıq və qurğuların işini dayandırmaq» sözləri əlavə edilib.

Bu da əməyin təhlükəsizliyi ilə bağlı nəzarətin güclənəcəyini göstərir.

Əgər müəssisədə avadanlıqlar işçilərin sağlamlığı üçün həyatı təhlükə törədirsə həmin avadanlıqlar öz işini dayandırmalıdır. Bu həm sahibkar üçün müsbət haldır, həm də işçinin sağlamlığı üçün.

Digər dəyişiklik Əmək müqaviləsinin forması (Maddə 44) ilə bağlıdır.

Maddənin 3-cü hissəsi yeri redaksiyaya verilib. Yəni təmamilə dəyişdirilib və yeni məzmun əlavə edilib. Məzmunda qeyd edilir.

Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunur. Müqavilənin bütün səhifələrini tərəflər imzalayır. Son səhifə işəgötürənin möhürü ilə təsdiq edilir. Müqavilənin bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. İşçinin əmək müqaviləsinin nüsxəsini alması işəgötürəndə saxlanılan nüsxədə bu barədə müvafiq qeydi imzalaması ilə təsdiq edilməlidir Burda diqqət çəkən məqam ondan ibarətdir ki, yazılı əmək müqaviləsinin bütün səhifələri həm işəgötürən tərəfindən həm də işçi tərəfindən imzalanmalıdır. Əvvəl isə müqavilənin sonunda imzalar atılırdı. Bu da onunla əlaqədardır ki, işi və işəgötürən hər səhifədə olan qeydlərlə razıdır. İşçi əmək müqaviləsinin alması ilə imzası ilə təstiq etməlidir əks halda bu müqavilənin forması yarımçıq hesab olunacaq.

Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi (maddə 49) ilə bağlı maddə də dəyişiklik var. Maddəyə aşağıdakı beşinci hissə əlavə edilib:

5. Bu maddənin birinci hissəsinin tələblərini pozan, əmək müqaviləsi bağlanıldıqda, əmək münasibətləri prosesində işçinin əmək müqaviləsində hər hansı dəyişiklik (əmək haqqının artırılması, tərəflərin razılığı ilə əlavə şərtlərin müəyyən edilməsi və s.) edildikdə və ya əmək müqaviləsinə xitam verildikdə bununla bağlı bildirişlərin elektron informasiya sisteminə daxil edilməsini təmin etməyən işəgötürənlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Birinci hissədə qeyd edilir ki,

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Yəni artıq elektron əmək müqaviləsində yalnış dəyişklik edilsə, əmək haqqının artırıb, yazılı əmək müqaviləsində qeyd edilməməsi, bununla bağlı işçiyə məlumat verilməməsi və sair tədbirlər üzrə işəgötürən məsuliyyətə cəlb ediləcək. Bu ayrı seçkiliyin aradan qaldırılması ilə bağlıdır. Artıq sahibkar müqavilədə hər hansı xırda dəyişiklik etsə belə, işçiyə xəbər verməlidir.

Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi (maddə 56)

1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.

1-ci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

―Bu halda istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti işəgötürən tərəfindən əsaslandırılmalı, əmək münasibətlərində ayrı-seçkiliyə və sui-istifadə hallarına yol verilməməli, əmək şəraiti şərtlərinin dəyişdirilməsi qərəzli və qeyri-obyektiv xarakter daşımamalıdır.;

Göründüyü kimi maddə tam dolğun şəkildə deyildi, buna əsasən 1-ci hissəyə əlavələr edilib.

Maraqlı dəyişikliklərdən biri də işçinin işdən azad edilməsi ilə bağlıdır:

İşçinin işdən kənar edilməsi maddəsinə (maddə 62) aşağıdakı redaksiyada 6-cı hissə əlavə edilir:

6. İşçinin işdən kənarlaşdırıldığı müddət hər bir konkret halda yol verilən pozuntunun xarakteri, onun aradan qaldırılması imkanları və işçinin bununla bağlı nəticə çaxaraq hərəkətlərindən (hərəkətsizliyindən) asılı olaraq işəgötürən tərəfindən müəyyən edilir və bu müddətin vaxtından əvvəl ləğv edilməsinə yol verilir.

Artıq yuxarıda qeyd edildiyi kimi, işəgötürənin işçini işdən kənarlaşdırılması səlahiyyəti artıb.

Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

Aşağıdakı redaksiyada 3-cü hissə əlavə edilsin:

Müddətli əmək müqavilələrinin iki aydan az müddətə bağlanıldığı hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin (sərəncamının, qərarının) əmək müqaviləsinə xitam verildiyi tarixdən 2 aydan çox qabaqcadan verilməsinə yol verilmir .

Yəni işəgötürən 2 aydan çox müddətə əmək müqaviləsi bağlayırsa üstündən 1 ildən sonra müqaviləyə xitam vermək barədə qeyd varsa, o halda onu 3 ay qabaqacadan yox, maksimum 2 ay qabaqcadan əmr verə bilər.

Maddə 85. Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu qaydaları

1. İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır.

 

1-ci hissəsinin birinci cümləsində ―kompüter vasitəsi ilə xüsusi proqramla sözləri ―xüsusi proqram təminatı vasitəsilə elektron qaydada sözləri ilə, ikinci cümləsində ―kompüter vasitəsi ilə sözləri

― xüsusi proqram təminatı vasitəsilə elektron qaydada sözləri ilə, ―vurulmalıdır sözü ―vurulmalı, möhür olmadığı halda işəgötürən VÖEN-i qeyd edilməklə imza etməlidir sözləri ilə əvəz edilsin; 60.2. 3-cü hissədə ―kompüter proqramları vasitəsilə sözləri ―xüsusi proqram təminatı vasitəsilə elektron qaydada sözləri ilə əvəz edilsin.

Gördüyünüz kimi burada diqqət çəkən məqam VÖEN-lə bağlıdır. İşəgötürənin əmək müqaviləsində imzanı təstiq etmək üçün əgər möhürü yoxdursa, həmin yerə öz VÖEN-nin qeyd etməklə təstiq edə bilər. Bu da möhürü olmayan şəxslər üçün əlverişli, müsbət məqamdır.(fed.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar