Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əmanətçilərə 535 mln. manata yaxın kompensasiya ödənilib

Bu ilin iyunun 16-dan sentyabrın 24-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 191,21 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalaması Fondundan (ADIF) "APA-Economics"ə verilən məlumata görə, "AGBank" üzrə 4 065 əmanətçiyə 78,40 mln. manat, "NBCBank" üzrə isə 3 887 əmanətçiyə 112,81 mln. manat kompensasiya verilib.

İyunun 1-dən sentyabrın 24-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 343,21 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 544 əmanətçiyə ödənilən məbləğ 131,83 mln. manat, "Atabank" üzrə isə 9 108 əmanətçiyə 211,37 mln. manat kompensasiya verilib.

Ümumilikdə, sentyabrın 24-nə ləğv prosesində olan 4 bank üzrə 22 604 əmanətçiyə 534,43 mln. manatdan çox kompensasiya ödənilib.

Fond tərəfindən son bağlanan banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi yekunlaşmaq üzrədir, tam ödənilmə prosesi qısa zaman ərzində qanunla müəyyən olunan qaydada yekunlaşdırılacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar