Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Şükürlü: “Qovulmalıdır...”, Siyavuş Novruzov: “Onu adam hesab eləmirəm...” - Qarşıdurma

Deputat Siyavuş Novruzov ötən gün “Yeni Müsavat” qəzetinin internet televiziyasında yayımlanan müsahibəsi sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olub.

Deputatın çıxışı və davranışına münasibət bildirən Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü fikirlərini daha kəskin ifadə edib.

Elxan Şükürlü S.Novruzovun həm hakim partiyanın sıralarından, həm də Milli Məclisdən qovulmalı olduğunu söyləyib:

YAP-ın və Milli Məclisin təəssübünü çəkən, YAP-a və Milli Məclisə hörmət qoyulmasını istəyən ziyalı insanlar varsa, Naxçıvandakı 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən 20 ildir YAP-ın dəyişməz deputatı olan Siyavuş Novruzovun Müsavat TV-yə məlum müsahibəsindən sonra mütləq YAP-dan və Milli Məclisdən qovulması barədə təşəbbüs qaldırmalıdırlar.

Bunun üçün tam hüquqi əsas da var: adam efirlərə içkili halda gəlir, anlaqlı durumda deyil və qeyri-etik davranışları təkrarlanan xarakter alır!

Onu YAP-dan və Milli Məclisdən qovmadıqca, Siyavuş Novruzov YAP-ın və parlamentin dəyişməz siması olaraq qalacaq!”.

Elxan Şükürlünün bu fikirlərinə münasibət bildirən Siyavuş Novruzov isə Modern.az-a açıqlamasında daha sərt şəkildə cavab verib. Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasından və Milli Məclisdən qovulması haqqında təkliflərə “Necə istəyirlər, qoy elə yazsınlar. Çıxartsınlar. Məni xalq seçib”, şəklində fikir bildirib.

“Efirlərə içkili halda gəlir” iddiasına isə deputatın cavabı sərt olub.

“Axmaq-axmaq danışır. Verilişdə iki saata yaxın oturmuşuq, çıxış etmişik. Elxan Şükürlü kimdir ki? Ömür boyu o, mənim yanımda gəzən olub. Mən onu adam hesab eləmirəm. Tam məsuliyyətimlə deyirəm...”.

S.Novruzov özünün verilişdəki çıxışından narazı olmadığını dilə gətirib:

“Çıxışlarım müzakirələrə səbəb olursa, deməli yaxşı çıxışdır. Müzakirə yaratmırsa, onda nə çıxış eləmisən ki?! Efirdən sonra zəng edən olmadı. Mən heç kimlə danışmıram, telefon əlaqəsi saxlamıram”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar