Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Məmmədov: “Mənfəətdən 10 faiz futbola sərf edən vergidən azad olacaq”

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərlə danışıqlar aparacaq

ONA-nın məlumatına görə, qurum rəsmisi apreldə baş tutacaq görüşün təfərrüatlarını açıqlayıb.

O bildirib ki, UEFA ilə bu barədə müzakirə aparılıb, onların da nümayəndəsi burda olacaq: “Yerli və xarici şirkətləri həmin iclasa dəvət edəcəyik. Vergilər Nazirliyi yeni qaydalara görə, güzəştlər tətbiq edib. Buna görə də, iş adamlarını futbola cəlb etmək istəyirik. Mənfəətdən 10 faiz futbola sərf edən vergidən azad olacaq. Bu dəyişiklik əlavə motivasiya olmalıdır”.

E.Məmmədov keçirdiyi mətbuat konfransında bir müddət öncə "Kəpəz"də maliyyə ilə bağlı problemlərin olması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: “Maliyyə problemi yoxdur. Ödənişlərdə gecikmələr oldu. Rəhbərlik dəyişdiyi üçün sənədləşdirmə prosesləri oldu. Əvvəlki rəhbərliyin imza hüququ var idi. İcra Hakimiyyəti ilə danışmışıq, növbəti mövsüm üçün dəyişikliklər tətbiq olacaq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar