Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elşad Miridən Dini Komitəyə ittiham: “Bunlar İblisinmi, ya seyidinmi tərəfdarıdır?”

Dövlət Komitəsi ilahiyyatçı Elşad Mirinin “İslamda yoxdur” kitabının idxalına icazə verməyib. Səbəb isə kitabda Elşad Mirinin seyidləri İblislə müqayisə etməsi olub.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılovun əsaslandırmasına görə Elşad Miri ərəb dilini bilmədən Qurani-Kərimi tərcümə edir, hətta Vasim Məmmədəliyevin tərcüməsində səhv tutur. Onun sözlərinə görə Elşad Miri ərəb dilini bilməməsini özü də etiraf edib. 

Bizim.Media-ya münasibət bildirən ilahiyyatçı Elşad Miri Gündüz İsmayılovun müsəlmana yaraşmayan hərəkətlə məşğul olduğunu bildirib:

“Gündüz İsmayılov yalnış danışır. Kitab qadağasından niyə danışmır, ərəb dili məsələsini gündəmə gətirir, onu bilmirəm. Demək ki, bizdə insanlar üzdə başqa, altda isə tamam fərqli  olurmuş. Bu da onun qeyri-səmimiliyindən xəbər verir.

Ən azından tərcümeyi halıma baxardı. O ərəb dilini təkcə bakalavrda keçibsə, heç uşaq səviyyəsində də bilmir. Bilməliydi ki, mən bakalavrdan əvvəl ilahiyyat üzrə mədrəsədə oxuyub 2 il qırmızı diplomla ərəb dili və şəriət məktəbini bitirmişəm.

Ondan sonra ilahiyyat kollecində təhsil almışam. 4 il təhsilim ərəb dili və ingilis təmayüllü olmaqla məktəb məzunu olmuşam. Bakalavrda ona dərs deyən müəllim mənə də dərs deyib. Ərəb dilini ondan əlavə olaraq onun müəlliminin də müəllimi olan şəxsdən dərs almışam.
 

Gündüz bəy gedib mətbuatda çalışıb ondan-bundan müsahibə alarkən, yəni ilahiyyatla məşğul olmadığı dövrdə mən yenə də magistrda ərəb dili üzrə təhsil almışam. Hazırda isə doktoranturada oxuyuram”. 

Elşad Mirinin sözlərinə görə Gündüz İsmayılov əslində “İslamda yoxdur” kitabının qadağasına haqq qazandıra bilmədiyinə və Azərbaycanın adının Avropa Məhkəməsində pis hallanmasına səbəb verəcəyinə görə gündəmi fərqli formada dəyişməyə çalışır:

“Gündüz bəy özü də bilir ki, faktiki olaraq Ərəb dilində “Qurani-Kərim”in Ali İmran surəsini tərcümə edib çap etdirmişəm. Kitabın özünü redaktə edən şəxslərə göndərmişəm və yüksək də qiymətləndirilib.

Debatımda da demişdim, bu adam Komitədə işləyə-işləyə kitab yazıb qonarar ala bilərmi? Bu məsələyə açıqlama gətirmədilər. Qaldı ki, kitabda seyidləri İblislə müqayisə etməyimə, “Qurani-Kərim”də Allah İblislə adəmi müqayisə edir. Yəni Adəmi müqayisə eliyirsə, özünü seyid adlandıran kimisə müqayisə etmək çoxmu absurddur? Bu Allahlıq iddiası deyilmi? Komitənin nə ixtiyarına qalıb ki, mən kimi kimlə müqayisə edirəm.

Bunlar İblisinmi, ya seyidinmi tərəfdarıdır? Komitənin, yaxud Azərbaycan qanunvericiliyinin hansı bir maddəsində qeyd olunub ki, ölkədə nə qədər seyid var və onları müqayisə etmək olmaz. Statistika aparılıbmı? Bu, mənim formatımdır və stilimdir. Siz buna qarışa bilərsizmi? Komitənin nizamnaməsində belə bir məsələ varmı? Özlərini Roma papsından çox katolik kimi təqdim edirlər. Bir adamın seyid olması üçün hansı mənbələrdən istifadə ediblər?

Hamısı uydurma və heç bir əsası olmayan məsələlərdir. Gündüz bəy yalanlarını seyidlik üzərində qurur. Amma  onların kitabla bağlı verdiyi rəydə tək seyidlik yox, peyğəmbərlərin məsumluğu, kitabda yazılanların məzhəblərə uyğun gəlməməsi, ənənəvi din anlayışından uzaq olması məsələləri qeyd olunub. Belə demək, öz verdikləri rəyləri oxumamaq və məsələdən yayınmaq yolu axtarmaqdır”.

Elşad Miri məsələsinin Avropa Məhkəməsində olduğunu bildirib:

“Kitabın çapı 2018-ci ildə qadağan edilib. Məsələ 3 il müzakirə edilirsə, hələ illərlə də davam edəcək. Onların etdiyi məmur özbaşınalığı dövlətimizin adına xələl gətirir. Ölkə başçısına və birinci xanıma müraciət edəcəyəm ki, Azərbaycanın adının  kitab qadağan edən ölkə kimi gündəmə gəlməsinin qarşısı alınsın”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar