Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Elşad Miri ərəbcəni bilmədən Qurani-Kərimi tərcümə edir”

Dövlət Komitəsi dinşünas Elşad Mirinin “İslamda yoxdur” kitabının idxalına icazə verməyib. Səbəb isə kitabda Elşad Mirinin seyidləri İblislə müqayisə etməsi olub.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

O qeyd edib ki, qanun və vicdanı qarşısında rahatdır:

“Çünki əminəm ki, seyidi və ya başqa bir insanı İblislə müqayisə etmək həm qanun, həm də etik baxımdan qəbuledilməzdir. Bu mövqeyi ölkə məhkəmələri də haqlı sayıb. Əgər Avropa məhkəməsi desə ki, “yox, Elşad Miri seyidləri İblislə müqayisə etməklə düz edib”, artıq buna deyəcək bir sözüm yoxdur. İstəsələr, Hüseyn Cavidin “İblis” poemasını tərcümə etdirib, onlara göndərə bilərəm.

Elşad Mirinin iddialarına ciddi, amma etiraf edim ki, onun səmimi olmadığı vaxtlarda bəzən yarızarafat, hətta ironiya və sarkazmla cavab vermişəm. Fikirləşmişəm ki, Elşad Miridir də, Elşad Miri belə olur. Cəmiyyətdə Elşad Miri kimisinin də olması lazımdır. Amma dünənki debatdan sonra çox təəccübləndim. Deyirdilər ki, Elşad Miri ərəb dilini bilmir, inanmırdım. Fikirləşirdim ki, onu sevməyənlər bunu deyə bilər. Necə ola bilər ki, ərəbcəni yaxşı bilmədən Elşad Miri Qurani-Kərimi tərcümə edir, hətta Vasim Məmmədəliyevin tərcüməsində səhv tutur? Amma yanılmışam. Elşad Miri dünən özü etiraf etdi ki, ərəbcə danışa bilmir və bunu heç vaxt gizlətməyib.

Təsəvvür edin ki, ingilis dilini normal bilmədən Şekspiri tərcümə edirsiniz. Dəhşətdir! Çox vaxt qınayırıq ki, bəzi mollalar ərəbcəni bilmir, Qurani-Kərimi necə gəldi oxuyurlar. Ərəbcə yaxşı danışa bilməyən, amma Qurani-Kərimi tərcümə edən dinşünas gördükdən sonra mollaya nə deyəsən ki?! Mən demirəm ki, dinşünaslar ərəbcə bülbül kimi cəh-cəh vurmalıdır, xeyr. Deyirəm ki, məhz Qurani-Kərimi tərcümə edən dinşünaslar həm ərəb dilini, həm də dini mükəmməl bilməlidirlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar