Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Elşad Abdullayev universiteti ermənilərə 60 milyon dollara satmaq istəyib” - Sensasion faktlar

“Elşad Abdullayev Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialını ermənilərə 60 milyon dollara satmaq istəyib. Amma biz bunun qarşısını ala bildik”.

Belə bir sensasion açıqlama ilə Rusiyada yaşayan Azərbaycanlı iş adamı Fuad Rzayev çıxış edib. O bildirib ki, hazırda Azərbaycanın Təhsil Nazirliyi bu universitetə sahib çıxmaq istəmir. Rusiya dövləti isə təhsil müəssisəsini sökmək niyyətindədir. Bu haqda qərar artıq qəbul edilib: “Rusiya Baş Prokurorluğu Azərbaycan tərəfinə yazaraq Elşad Abdullayevin beynəlxalq axtarışa (İnterpol) verilmədiyini bildirib. Yazırlar ki, Azərbaycanın Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Elşad Abdullayev beynəlxalq axtarışa verilib. Lakin Rusiya Baş Prokurorluğu bunun yalan olduğunu iddia edir.

Bu fikiri onunla əsaslandırırlar ki, İnterpol xətti ilə axtarılan Elşad Abdullayev Fransada siyasi mühacirətdədir. Elə İnterpolun baş ofisi də Fransada yerləşir. Necə olur ki, İnterpol bu şəxsi həbs edə bilmir? Elşad Abdullayev özü də etiraf edir ki, İnterpol əməkdaşları ilə Fransada kef məclislərindədir və onu heç kim həbs etmək niyyətində deyil”.

Fuad Rzayev əlavə edib ki, təhsil ocağı müqəddəs yerdir: “Bura ya dövlət büdcəsi, ya da tələbələrin pulu ilə tikilir: “Bu gün Moskvada tikilən və qiyməti 60 milyon dollar dəyərində olan təhsil müəssisəsi asanlıqla ərsəyə gəlməyib. Misir Mərdanov təhsil naziri olan vaxtlarda Elşad Abdullayevə təhsil müəssisəsini yaratmaq üçün lisenziya verilib. Elşad Abdullayev isə bu təhsil müəssisəsini ermənilərə satmaq istəsə də, imkan vermədik. Lakin təəssüflər olsun ki, indi həmin universitetin inzibati binasına heç kəs sahib çıxmır. Mən Azərbaycanın Rusiyadakı səfirliyində oldum.

БАКУ ГРОРОДЕЛ новый

Orada bu məsələyə baxmadıqlarını bildirdilər. Təhsil Nazirliyi isə cavab verir ki, sözügedən problem Misir Mərdanovun vəzifədə olduğu vaxta təsadüf etdiyi üçün qarışmaq səlahiyyətləri yoxdur. Hazırda Rusiya Məhkəməsi tərəfindən universitet binasının sökülməsi haqda qərar qəbul edilib. Bizim yeganə istəyimiz odur ki, məsələ ictimailəşdirilsin, aidiyyatı qurumlar təhsil müəssisəsinə sahib çıxsınlar. Ən azı aidiyyatı qurumlar Misir Mərdanovdan soruşmalıdırlar ki, bu universitet necə tikilib, icazəni kim verib, hansı vəsaitlə ərsəyə gəlib və Azərbaycandan pul necə çıxıb?.

ГЕН ПРАКРАТУРА РФ от 02.03.21г

Bütün bu məsələlər araşdırmalıdır. Ondan sonra Rusiya dövlət orqanlarına bildirilməlidir ki, torpağın sahibi Elşad Abdullayev ölkədən qaçıb, onun əmlaklarına isə qadağa qoyulub. Qanunla universitetin binası Azərbaycan dövlətinə məxsusdur. Odur ki, qanuni varis də dövlət olmalıdır”.

МВД БАКУ ЭЛЬШАД 31.07.20г

Qeyd edək ki, bu sensasion faktları təqdim edən iş adamı Fuad Rzayev 1992-ci ildən Rusiyada yaşayır və oranın vətəndaşıdır. Vaxtilə əfsanəvi komandir Allahverdi Bağırovun yaratdığı “Ağdam” batalyonuna maddi yardım edən şəxslərdən biri olub. Eyni zamanda “20 yanvar”la bağlı sənədli filmlər çəkdirib və xarici dildə Qarabağ-la bağlı kitablar çap etdirib.(konkret.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar