Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əlövsət Əliyevlə bağlı müdafiə tədbirləri hazırlanır” 

Sabir Rüstəmxanlı qardaşının saxlanmasından danışdı...

Noyabrın 13-də Almaniyada saxlanılan “Leqat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevlə bağlı bir sıra müdafiə tədbirləri hazırlanır.

Bu barədə Əlövsət Əliyevin qardaşı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı danışıb.

O deyib ki, vəkili Erix Althammer Əlövsət Əliyevlə görüşüb:

“Vəkilin sözlərinə görə, siyasi mühacir qalmaqalının Əlövsət Əliyevə hər hansı şəkildə aidiyyəti yoxdur. Əlövsət Əliyevlə bağlı polis orqanlarına təqdim edilən məlumatlar da düzgün tərcümə olunmayıb. İndi vəkil məlumatları tərcümə etdikdən sonra apellyasiya şikayəti verməyə hazırlaşır. Hələlik, Əlövsət Əliyevlə bağlı hər hansı ittiham irəli sürülməyib, saxlanılır və araşdırma gedir”.

Sabir Rüstəmxanlının sözlərinə görə, qardaşı ilə bağlı siyasi mühacir qalmaqalında adı çəkilən şəxslərdən biri şikayət edib: “Məqsəd bu olub ki, “siyasi mühacir” qalmaqalına dəstək versin. Əlövsət bundan imtina etdikdən sonra şikayət olunub və Berlinə gedərkən həmin şikayət əsasında saxlanılıb.”

Almaniyada Azərbaycandan insanların qanunsuz miqrasiyası ilə bağlı cinayət işi başlanılıb.

Şpigel jurnalının məlumatında deyilir ki, alman polisi çoxsaylı obyektlərdə axtarışlar aparıb və Azərbaycan vətəndaşları saxlanılıb.

Müşahidəçilərin fikrincə, Almaniyadakı mütəşəkkil qrup Azərbaycandakı bəzi müxalif siyasi partiyaların və polisin adından saxta sənədlər tərtib edərək, pul müqabilində miqrantlara verib.

Bir il əvvəl miqrantlara verilən saxta sənədlərlə bağlı Azərbaycanda da bir sıra partiya funksionerləri Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Problem bu gün də aktual olaraq qalır və sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Hətta Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. (amerikaninsesi.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar