Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

Elmira Süleymanova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə 3 nəfərin namizədliyinin irəli sürülməsinə münasibət bildirib...

E.Süleymanova "Report"a açıqlamasında namizədlərin irəli sürülməsi məsələsindən jurnalistlərdən əvvəl məlumatlı olduğunu deyib.

"Jurnalistlər də bu məsələ haqqında kifayət qədər məlumatlanıblar. Ona görə də rahat olun", - deyə E.Süleymanova bildirib.

Qeyd edək ki, sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılacaq. Bu vəzifəyə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsindən 3 xanımın namizədliyi irəli sürülüb. Həmin namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

Məsələ MM-in komitə iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunacaq. MM-in plenar iclası isə noyabrın 25-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edir. E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Ən çox oxunanalar