Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elməddindən Rasim Balayevin qalmaqallı sözlərinə reaksiya: “Onu görsəm…”

Elməddin Cəfərov xalq artistinin fikirlərinə münasibət bildirib

Xəbər verdiyimiz kimi. Azərbaycanın məşhur aktyoru, xalq artisti Rasim Balayev bir neçə gün əvvəl açıqlama verərkən gənc aktyorlar - Müşviq Şahverdiyev, Fərda Amin və Elməddin Cəfərovla bağlı qalmaqallı fikirlər səsləndirmişdi. “Baxmıram, onlar antisanitariyadırlar. Efiri bu antisanitariya bürüyüb. Dərd odur ki, onlar meymunluğu sənətlə səhv salıblar”. – deyən R. Balayev onlarla bağlı təhqiramiz fikirlər səsləndirmişdi.

Məsələ ilə bağlı aktyor Elməddin Cəfərov “Yeni Sabah”a danışıb. O, açıqlamasında Rasim Balayevlə arasında heç bir problemin olmadığını bildirib:

“Müsahibəni oxudum, Rasim Balayevlə aramızda heç bir problem yoxdur, mən hansı yaşda, hansı başdayam ki, o boyda sənətkarla aramda nəsə narazılıq olsun. Ağsaqqalımızdır, böyük sənətkarımızdır. Çox təəssüf ki, təhqir edib. Kaş ki, tənqid edəydi. Bu da ola bilər, nə edək? Ağsaqqalımızdır. Tədbirlərdə, məclislərdə bir-birimizi görəndə də görüşürük, heç bir problemimiz yoxdur. Onu görsəm, salam da verərəm, hətta təzim də edərəm. Mən “Dədə Qorqud”, “Babək”, “Nəsimi” ilə böyümüş insanam. Onları bizə Rasim müəllim sevdirib. Onun fikirlərinə sayğı ilə yanaşıram. Düz deyir, çatışmazlıqlarımız çoxdur, bilmədiyim şeylər çoxdur, zaman içində öyrənə bilərik. Anadan doğulan kimi sənətkar doğulmuram ki... Bəlkə, elə mən də 60 yaşına çatanda sənətkar olacağam? Bu, sıxmaqla sürətlənmir ki. Bu zaman içərisində, praktika ilə əmələ gələn bir şeydir”.

Aktyor özündən gənclərə də heç vaxt “sənətdən get” demədiyini, daima məsləhətlər verdiyini vurğulayıb:

“Mənim yanaşmam bir az fərqlidir. Mən yön göstərməyi daha üstün tuturam. “Elə etmə, bu cür et”, - deyəməyə üstünlük verirəm, nəinki “Sənətdən uzaqlaş!” demək... Elə şeyləri sevmirəm. Əksinə mən yeni çıxan vaynerlərin videolarına baxanda, əgər yanlış bir şeylər görsəm, “Qardaşım, dostum, bunu belə yox, belə etsən daha gözəl olar” kimi şeylər yazıram. Məndə təhqir ümumiyyətlə yoxdur. Kimisə təhqir etmərəm, onun valideyni var, övladı, bacısı, qardaşı, ətrafında insanlar var. Niyə təhqir edim ki? Mənə kim hüququ verib? Tənqid edirsənsə, gərək doğrunu da göstərəsən. “Bu, səhvdir, doğrusu isə budur” deyəsən. Mən bu üsuldan istifadə edirəm”.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib

Ən çox oxunanalar