Cümə axşamı, 15 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Elmar Vəliyev deyilənləri dərk etmir

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə araşdırması davam edir.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır.

İttihama görə Yunis Səfərov və daha 11 nəfərə qarşı qəsdən adam öldürməyə cəhd, terror, qanunsuz silah saxlama da daxil olmaqla, 30-a yaxın maddə ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən 12 nəfərdən ikisi tutularkən polislərə müqavimət göstərdiyi üçün öldürülüb. Onların ailə üzvləri məhkəmədə hüquqi varis qismində iştirak edir.

Sonuncu prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlər qaldırıblar.

Ceyhun Qurbanovun vəkili Vamiq Şükürov hüquqlarını müdafiə etdiyi şəxsib həyatının təhlükə altında olduğunu, epilepsiya xəstəliyindən əziyyət çəkdiyini deyib. Vəkil müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib.

Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev zərərçəkmiş qismində tanınan Elmar Vəliyevin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb.

Elmar Vəliyevin nümayəndəsi Fəxrəddin Səfərov bununla razılaşmayıb.

Vəkil Bəxtiyar Hacıyev bildirib ki, Cinayət Məcəlləsinin 59.1.12 maddəsində zərərçəkmişlə barışıq əldə edilməsi təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirən hallardan biri sayılır. Zərərçəkmiş icra başçısı dindirilməlidir ki, onun bu haqda fikri öyrənilsin.

Elmar Vəliyevin nümayəndəsi Fəxrəddin Səfərov bildirib ki, keçmiş icra başçısının durumu onun məhkəmədə dindirilməsinə imkan vermir.

Hakim Əfqan Hacıyev də Türkiyədəki klinikalardan birindən məhkəməyə göndərilmiş həkim rəyini elan edib. Türkiyə türkcəsində tərtib olunan rəydə icra başçısının tibbi diaqnozu yazılıb. Həkim rəyinə əsasən, Elmar Vəliyev deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil. Onun əqli və fiziki durumu buna imkan vermir.

Vəkil Cavad Cavadov məhkəmənin nəzərinə çatdırıb ki, Elmar Vəliyevin onu məhkəmədə təmsil edən nümayəndəsinə notarial qaydada verilmiş etibarnaməsi var. Əgər onun əqli və fiziki durumu normal deyilsə, etibarnaməni necə verib?

Bu sual açıq qalıb, nümayəndə də ona cavab verə bilməyib.

Hakimlər vəkillərin qaldırdığı vəsatətlərin heç birini təmin etməyib.

Qeyd edək ki, həbs edilənlərdən yalnız Yunis Səfərov özünü qismən təqsirli bilərək deyir ki, Elmar Vəliyevin Gəncə camaatına göstərdiyi pis münasibətə görə onu öldürmək istəyib. Digər şəxslər isə özünü təqsirli bilmir. (Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Qadınla intim videosu yayılan axund danışdı: “Xəyanətə görə boşanıb”

Dağlıq Qarabağın “işğaldan azad edilməsinə” nail olacağıq – Paşinyan sərsəmlədi

“Albert Rıji”nin qətli üçün ödənilən məbləğ açıqlandı

“Aqroservis” ASC-dən kobud tender pozuntusu: milyon yarımlıq tenderi udan şirkət kimə məxsusdur? - Foto

Keçmiş ərindən Tünzaləyə sərt cavab: "Ona elə sözlər deyərdim ki.."

“Poseydon” - Rusiyanın “qiyamət günü” yarada biləcək silahı Nyu-Yorku xəritədən silə bilər...

Ukrayna böhranı: Rusiya Türkiyə ilə hava əlaqəsini dayandırır - Bu xəbərdarlıqdır, yoxsa qırılma nöqtəsi?..

Paşinyandan Hadrutu geri almaq cəhdindən danışdı

Paşinyan: "Türklər əlbəttə ki, düşməndir, ancaq bundan sonra neyləyəcəyimizi anlamalıyıq"

Ən çox oxunanalar