Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarovla surinamlı həmkarı arasında telefon danışığı oldu

Xarici İşlər naziri Elmar Məmmədyarovla Surinam Respublikasının Xarici İşlər naziri Yldiz Pollak Beigle arasında telefon danışığı olub...

XİN-dən verilən məlumata görə, qarşı tərəfin təşəbbüsü ilə baş tutan danışıq zamanı nazirlər mövcud qlobal vəziyyətə toxunaraq ümumdünya sağlamlıq böhranı ilə mübarizə çərçivəsində iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar və bu xüsusda qarşılıqlı dəstəyin, həmrəyliyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Surinam Respublikasının Xarici İşlər naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə COVID-19 virusuna qarşı mübarizəyə həsr edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəklədiyini bildirib.

Tərəflər ikitərəfli münasibətlərin daha da inkişafı perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs ediblər və bu istiqamətdə birgə səylərin artırılmasına dair razılıq ifadə edilib.

Nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları, həmçinin bu sahədə mütəxəssislərin hazırlanmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Nazir Yldiz Pollak Beigle Azərbaycanla Surinam arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu diqqətə çatdırıb və Bakıya səfəri zamanı ADA Universitetində tanışlığını məmnunluqla xatırlayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar