Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov Yekaterina Zahariyeva ilə görüşdü

Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfəri çərçivəsində Bolqarıstanın Baş nazirinin müavini, Xarici İşlər naziri Yekaterina Zahariyeva ilə görüşüb

XİN-dən verilən məlumata görə, təkbətək formatda başlayan və daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam edən görüşdə nazirlər iki ölkə arasında bir çox sahələr üzrə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə etdilər və əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə ediblər.

Nazir Elmar Məmmədyarov 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı imzalanan Strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından başlıca konseptual sənəd olduğunu qeyd edərək, son illər ərzində onun yerinə yetirilməsi istiqamətində xeyli işlər görüldüyündən bəhs edib. Eyni zamanda, iki ölkə arasında ticarət dövriyyəsinin həcminin strateji əməkdaşlığımızın potensialına uyğun gəlmədiyini söyləyən Xarici İşlər naziri, bu xüsusda tərəflərin birgə addımları nəzərdən keçirilməli olduğunu söyləyib.

Görüş zamanı nazir Elmar Məmmədyarov, həmçinin Bolqarıstandan olan həmkarına Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur, enerji və nəqliyyat layihələri haqqında məlumat verib və Bolqarıstanın Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində Yunanıstan – Bolqarıstan İnterkonnektoru vasitəsilə yaradılan bu şəbəkəyə qoşulmasını təqdirəlayiq hal kimi dəyərləndirib.

Azərbaycan həmkarının ötən ilin oktyabrında Bolqarıstana səfərini məmnunluqla xatırlayan Nazir Yekaterina Zahariyeva, iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. O, Cənubi Qaz Dəhlizi çərçivəsində inkişaf etdirilən layihələrin Bolqarıstan üçün ümdə əhəmiyyət kəsb etdiyini və ölkəsinin digər qonşu ölkələri ilə mövcud və tikilməkdə olan interkonnektorlar vasitəsilə Balkan regionunda enerji tranziti üzrə mərkəz qismində çıxış etmək olduğunu bildirib.

İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri, o cümlədən onların mühüm elementi olan Bakı – Tbilisi – Qars dəmir yolu, habelə Qara dəniz üzərindən bərə əlaqəsinin yaratdığı əlverişli perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Bakı – Sofiya istiqamətində olan birbaşa hava reyslərinin iki ölkə arasında turizm mübadilələrinin artırılmasına səbəb olduğu qeyd edilərək, bu istiqamətdə əlavə dinamikaya təkan verilməsi üzrə atıla biləcək addımlar müzakirə edilib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında danışan E.Məmmədyarov münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin zəruriliyini bildirib. Bu xüsusda, Bolqarıstanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə davamlı dəstək mövqeyi məmnuniyyətlə qeyd edilib.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi əməkdaşlığın və qarşılıqlı əsasda dəstək göstərilməsinin perspektivləri üzərində dayanaraq, bu istiqamətdə də səylərin əlaqələndirilməsinə sadiq qalacaqlarını bildiriblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar