Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov vəzifəsindən azad edilir? — Deputatdan açıqlama

“Elmar Məmmədyarovun vəzifədən azad edilməsi gözləniləndir”...

PİA.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov qeyd edib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında rüşvətxorluq və korrupsiyaya qarşı amansız mübarizə aparılır: 

Prezident məmurlar qarşısında çox aydın şəkildə məsələ qaldırıb ki, xalqa ləyaqətlə xidmət edib mükafatlanın, əks təqdirdə isə cəzalanacaqsınız. Bundan nəticə çıxarmayanlar öz talelərini sual altına qoyurlar. Bəzi rayon icra başçılarının korrupsiyaya görə həbs edilməsi, bundan başqa, eyni əməllərə görə DSX-də, Mədəniyyət Nazirliyində DTX-nin əməliyyatlar keçirməsinin ardında XİN-də ortaya çıxan faktlar göstərdi ki, yenə də kimlərsə bundan nəticə çıxarmayıb, yenə də nazirliklərdə bəzi məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvət alması kimi hallar qeydə alınır. 

Bütün bunlar Xarici İşlər Nazirliyində idarəetmə məsələlərində müəyyən boşluqlar olduğunu təsdiqləyir. Əlbəttə, Elmar Məmmədyarovun Xarici İşlər nazirinin vəzifəsindən azad edilməsi birbaşa Prezidentin səlahiyyətindədir. Bu əməllərdə Xarici İşlər nazirinin məsuliyyət səviyyəsinin nə dərəcədə olmasını Prezident hamıdan yaxşı bilir. 

Hesab edirəm ki, o, hər zaman çox ciddi faktlar və arqumentlər əsasında qərar qəbul edir”. (Axar.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar