Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov Uruqvay Parlamentində görüşlər keçirib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Parlamentində görüşlər keçirib

Nazirlikdən verilən məlumata görə, nazir ilk olaraq Uruqvay Şərq Respublikasının vitse-prezidenti, eyni zamanda Senatın sədri Lusia Topolanski və daha sonra Nümayəndələr Palatasının sədri Sesilia Bottino ilə görüşüb. Görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin intensivləşməsi, xüsusilə parlament diplomatiyasının rolu yüksək qiymətləndirilib. Bu kontekstdə, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrə önəmli töhfə verdiyi qeyd olunub.

İki ölkə arasında siyasi sahədə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluq ifadə edilərək, bu əməkdaşlığın iqtisadi, enerji, nəqliyyat və kənd təsərrüfatı istiqamətlərini əhatə etməsinin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə, Uruqvayın Azərbaycan neftini idxal etməyə başlamasının təqdirəlayiq hal olduğu xüsusi qeyd edilib.

Görüş zamanı Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verərək, müxtəlif ölkələrdəki erməni icmasının nümayəndələrinin təxribatçı fəaliyyətinin münaqişənin sülh yolu ilə həllinə mənfi təsir göstərdiyini bildirib. Digər tərəfdən, bu icma nümayəndələrinin vətəndaşı olduqları ölkələrin deyil, işğalçı Ermənistan dövlətinin maraqlarından çıxış etməsinin anlaşılan olmadığı vurğulanıb.

Uruqvay Parlamentinin rəhbər vəzifəli şəxsləri münaqişə ilə bağlı Azərbaycanın mövqeyini anladıqlarını və münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar