Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb - Foto

Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycana yeni təyin olunan səfiri Serjan Abdıkarimovu qəbul edib...

Nazirlikdən verilən məlumata görə, E.Məmmədyarov Serjan Abdıkarimovu səfir təyin olunması münasibətilə təbrik edib və qardaş Qazaxıstan səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin siyasi, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Eyni zamanda ölkələr arasında iqtisadi və ticarət sahələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Səfir S.Abdıkarimov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik inkişaf strategiyası sayəsində Azərbaycanın regionda mühüm rol oynadığını və bu xüsusda, ölkəmiz tərəfindən həyata keçirilən enerji, nəqliyyat və infrastruktur layihələrin əhəmiyyətini qeyd edib. O, iki ölkənin birgə həyata keçirdiyi layihələrinin uğurundan bəhs edərək, bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirib.

E.Məmmədyarov Qazaxıstan tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair beynəlxalq təşkilatlarda nümayiş etdirdiyi prinsipial mövqeyə, ölkəmizin suverenliyi və ərazi bötövlüyünün daimi dəstəyinə görə təşəkkür ifadə edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfir Serjan Abdıkarimov etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar