Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov Polşanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə müzakirə aparıb

Xarici İşlər Naziri Elmar Məmmədyarov Polşa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Rafal Poborskini qəbul edib...

XİN-dən bildirilib ki, Nazir Elmar Məmmədyarov Polşanın ölkəmizdəki səfiri Rafal Poborskini təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Görüş zamanı tərəflər AzərbaycanPolşa arasında iqtisadi, ticarət, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindəb danışıblar, əməkdaşlığın humanitar aspektlərini müzakirə ediblər.

Tərəflər iki ölkə arasında ən yüksək səviyyədə daxil olmaqla həyata keçirilən mübadilə və görüşləri xatırladıblar. Bu xüsusda, Davosda keçirilmiş Dünya İqtisadi Forumu çərçivəsində iki ölkənin Prezidentləri arasında səmimi və səmərəli görüş keçirildiyini və iki ölkə arasında nəqliyyat və enerji kimi sahələrdə əməkdaşlığın inkişafının müzakirə edildiyi məmnuniyyətlə vurğulanıb.

Səfir Rafal Poborski etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib və diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar