Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov İsveçin Xarici İşlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Ann Linde ilə görüşüb...

Şərq Tərəfdaşlığının 10 illik yubileyi ilə bağlı Stokholmda keçirilən Nazirlər görüşündə iştirakı çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçin Xarici İşlər naziri Ann Linde ilə görüşüb.

XİN-dən APA-ya verilən məlumata görə, görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər üzrə fikir mübadiləsi apardılar.
İsveç tərəfinin sorğusuna cavab olaraq Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə məlumat verib.

Beynəlxalq hüququn norma və prinsinpləri, o cümlədən BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı, eləcə də beynəlxalq təşkilatların qərar və qətnamələri, xüsusilə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında münaqişənin tezliklə sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli və məcburi köçkünlərin öz evlərinə qayıtmasının vacibliyi vurğulanıb.

Tərəflər iki ölkənin XİN-ləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi məsələsini müzakirə ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi baş tutub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar