Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov istefaya göndərilir?

“Leyla Abdullayeva bu açıqlaması ilə Elmar Məmmədyarova qarşı hücumları sanki neytrallaşdırdı”...

 

Bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarovun istefaya göndəriləcəyi haqda iddialara münasibət bildirən təhlükəsizlik eksperti İlham İsmayıl deyib.

İlham İsmayılın sözlərinə görə, cəmiyyətdə bununla bağlı gözləntilərin yaranmasının əsas səbəbi Elmar Məmmədyarovu tənqid edənlərin sırasına millət vəkillərinin də qoşulmasıdır:

“Bəzi millət vəkillərinin tənqidi çıxışları belə bir fon yaradır ki, yəqin Elmar Məmmədyarovun istefaya göndərilməsinə zəmin hazırlanır. Ancaq ölkənin telekanallarında xarici işlər naziri çox ciddi müdafiə olunursa, deməli, belə bir gözlənti üçün əsas yoxdur?

Yeri gəlmişkən Xarici İşlər Nazirliyinin sözcüsü Leyla Abdullayeva o gün çox yaxşı bir söz dedi. O, bildirdi ki, XİN rəhbəri dövlət başçısının müəyyənləşdirdiyi siyasəti həyata keçirir. Dövlət başçısı isə bu fəaliyyəti yüksək qiymətləndirir. Nazirlik sözcüsünün bu açıqlaması boşuna deyildi. Leyla Abdullayeva bununla Elmar Məmmədyarova qarşı hücumları sanki neytrallaşdırdı”.

Erməni mətbuatının bu məsələ ilə bağlı göstərdiyi canfəşanlığa gəldikdə isə İlham İsmayıl bunları deyib:

“Erməni mətbuatı Elmar Məmmədyarov “bombardıman edildiyini” və tezliklə istefaya göndəriləcəyi haqda fikirlərə geniş yer verir. Hətta erməni mətbuatında bütün diplomatik uğursuzluqların Elmar Məmmədyarovun ayağına yazılacağı iddia olunur. Yəni düşmən ölkənin mətbuatının bu məsələyə yanaşması belədir.

Amma nə yazılır, yazılsın, Elmar Məmmədyarovun istefası ən azı yaxın perspektiv üçün aktual deyil”. (Yeniçağ.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar