Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov ekvadorlu həmkarını təbrik etdi

Xarici işlər naziri Elmar Məmmədyarov məktubda Azərbaycan Respublikası ilə Ekvador Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə öz həmkarı Xose Samuel Valesia Amoresi təbrik edib

PİA.az Publika.az-a istinadən xəbər verir ki məktubda Elmar Məmmədyarov dostluq ruhuna əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın iki xalq arasındakı ikitərəfli və çoxtərəfli dialoqun gücləndirilməsinə imkan yaratdığını qeyd edib.

Nazir Elmar Məmmədyarov tənzimlənməsi BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələri ilə bir daha təsbit olunmuş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli üzrə Ekvadorun dəyərli dəstəyini vurğulayıb.

Sonda Nazir Elmar Məmmədyarov hər iki xalqın rifahı naminə mövcud çoxşaxəli əlaqələrin gələcəkdə daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu bildirib.

Ekvador Respublikasının xarici işlər naziri Xose Samuel Valesia Amores xarici işlər naziri Elmar Məmmədyarova ünvanladığı məktubunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb.

Məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının xalqlarımızın inkişafına, ümumi birgə məqsədlərə nail olunmasına və iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyi qeyd edilib.

Daha sonra Ekvador xarici işlər naziri Xose Samuel Valesia Amores Azərbaycan höküməti və xalqına ən xoş arzularını çatdırıb.

Azərbaycan Respublikası ilə Ekvador Respublikası arasında diplomatik münasibətlər 22 mart 2004-cü ildə qurulub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar