Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elman Rüstəmovun nikbin proqnozları və reallıq...

Azərbaycan iqtisadiyyatı neftin qiymətinin 30-40 ABŞ dollar intervalında nə qədər sabit qala bilər?..

İqtisadçı: “Mərkəzi Bank sədrinin nikbinliyini bölüşmək istərdim. Amma çox təəssüf ki, Azərbaycanın həm keçmiş təcrübəsi, həm də dövlət büdcəsinin parametrləri bunu deməyə əsas vermir”.

“Təbii ki, Rüstəmovun dediyi kimi yaxın 10 gündə neftin qiyməti 50 dollar olsa, Azərbaycan iqtisadiyyatı az zərər görəcək və ciddi itkiyə məruz qalmayacaq. Amma görünən odur ki, bu baş verməyəcək”.

Bu sözləri iqtisadçı Nazim Bəydəmirli Mərkəzi Bank rəhbərinin nikbin proqnozlarını PİA.az-a şərh edərkən qeyd edib.

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov dünən martın 15-də axşam REAL TV-yə müsahibə verib və dünya bazarlarında neftin kəskin ucuzlaşmasının iqtisadiyyata, manata təsirləri barədə danışıb. E.Rüstəmov deyib ki, bu gün Azərbaycan hökumətində heç bir alternativ müzakirə olunmur, hər hansı emosional qərarın qəbul olunması düşünülmür.

Mərkəzi Bankın rəhbəri bildirib ki, neftin qiyməti yaxın 10 gündə öz məcrasına qayıdırsa, Azərbaycanın itkisi çox cüzi olacaq. Buna baxmayaraq Elmar Rüstəmov çox nikbin danışıb və bildirib ki, neftin qiyməti 40-50 ABŞ dolları, yaxud 30-40 ABŞ dolları intervalında olsa belə, Azərbaycan iqtisadiyyatında kifayət qədər makroiqtisadi dayanıqlıq var ki, hər iki intervalda makroiqtisadi tarazlığı və maliyyə sabitliyini təmin edə bilsin.

Mərkəzi Bankın sədrinin bu nikbinliyini paylaşmaq olar və Azərbaycan iqtisadiyyatı neftin qiymətinin 30-40 ABŞ dollar intervalında nə qədər sabit qala bilər?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Bu hal bir daha hökumətə dərs olmalıdır ki, neftə ümid etmək olmaz və iqtisadiyyatı şaxələndirmək lazımdır”.

Mərkəzi Bankın sədrinin fikirlərini bölüşmədiyini vurğulayan iqtisadçı PİA.az-a açıqlamasında bildirib ki, yaxın gələcəkdə həm neftlə, həm də makroiqtisadi sabitliklə bağlı qərar verilməli olacaq:

“Mərkəzi Bank sədrinin nikbinliyini bölüşmək istərdim. Amma çox təəssüf ki, Azərbaycanın həm keçmiş təcrübəsi, həm də dövlət büdcəsinin parametrləri bunu deməyə əsas vermir. Həmçinin Beynəlxalq Enerji Agentliyinin, proqnozlar verən beynəlxalq şirkətlərin proqnozları, Rusiya və OPEK dövlətləri arasında olan anlaşılmazlıqlar, açıqlanan neft təklifləri bunu deməyə əsas vermir.

Bütün bunlara görə də hesab etmirəm ki, neftin qiyməti yaxın günlərdə əvvəlki səviyyəsinə qayıda biləcək. Təbii ki, Rüstəmovun dediyi kimi yaxın 10 gündə neftin qiyməti 50 dollar olsa, Azərbaycan iqtisadiyyatı az zərər görəcək və ciddi itkiyə məruz qalmayacaq. Amma görünən odur ki, bu baş verməyəcək.

Nazim Bəydəmirli: “İndiki dövrdə Səudiyyə Ərəbistanının Avropa ölkələrinə 25 dollardan neft təklif etməsinin arxasında nə isə var”.

İndiki dövrdə Səudiyyə Ərəbistanının Avropa ölkələrinə 25 dollardan neft təklif etməsinin arxasında nə isə var. Görünən odur ki, Səudiyyə Ərəbistanı neftin qiymətini aşağı salmaqda çox israrlıdır və bu hansısa maraqlarla əlaqəlidir.

Hesab edirəm ki, yaxın gələcəkdə həm neftlə, həm də makroiqtisadi sabitliklə bağlı qərar verilməli olacaq. Mərkəzi Bankın sədrinin fikirlərini bölüşmürəm. Bu hal bir daha hökumətə dərs olmalıdır ki, neftə ümid etmək olmaz və iqtisadiyyatı şaxələndirmək lazımdır. Bu da iqtisadi fəaliyyətin stimullaşdırılmasından, məmur-sahibkarlığının ləğvindən, inhisarçılığın aradan qaldırılmasından və real sektora dövlət dəstəyindən keçir. Bunların olacağı halda təbii ki, biz özümüzü neft asılılğından qurtara bilərik”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar