Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elman Rüstəmovun dediyi kimi iqtisadiyyatda hər şey qaydasındadır?

Mərkəzi Bankın sədri Elman Rüstəmov dünən mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda makroiqtisadi sabitlik tam bərpa olunub...

İqtisadçı-ekspert: “Mərkəzi Bank indiyə qədər həqiqi inflyasiya rəqəmləri ilə ayaqlaşa bilməyib”.

“Pandemiyanın dünya iqtisadiyyatını iflic edəcəyi gözləntiləri var. Belə olan halda dövlət rəsmilərimizin hələ də optimist çıxışları təəccüb doğurur, desəm doğru olar”.

Bu sözləri iqtisadçı-ekspert Vüsalə Əhmədova Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Mərkəzi Bankın sədri Elman Rüstəmov dünən mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda makroiqtisadi sabitlik tam bərpa olunub. Onun sözlərinə görə, ölkədə inflyasiya 3% olub, bu da AMB və İqtisadiyyat Nazirliyinin hesablamalarından aşağıdır. May ayından başlayaraq inflyasiyaya təsir edən amillər işə düşüb və yayda inflyasiya daha da aşağı düşəcək.

Hazırda Azərbaycan iqtisadiyyatının vəziyyətini necə dəyərləndirmək olar? Elman Rüstəmovun qeyd etdiyi kimi iqtisadiyyatda hər şey qaydasındadır?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “İqtisadiyyatı manipulyasiya edilmiş rəqəmlərlə ayaqda tutmaq mümkün deyil”.

Ümumi xərclərdə 5%-lik bir azalma, market xərclərində isə 50%-lik artım olduğunu vurğulayan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, minimum istehlak zənbilinə daxil olan bütün qida növlərinin qiymətində artım mövcuddur. Belə olan halda 3%-lik inflyasiyadan bəhs etmək yalan olar:

““COVİD-19” pandemiyası başladığı gündən bugünədək təməl qida məhsullarından tutmuş hər sahədə bahalaşma müşahidə olunur. Xüsusilə qida məhsullarının qiymətlərində artın daha yüksəkdir. Müxtəlif fəaliyyət sahələrinin dayandırılması və tətbiq edilən karantin rejimi sayəsində insanların böyük əksəriyyəti zamanını evlərində keçirməyə məcbur oldu. Belə olan şəraitdə təbii olaraq əhali daha çox qidaya yönəlir. Bu dünyanın hər yerində belədir.

Bundan əlavə rayonlararası gediş-gəliş də məhdudlaşdırılıb. Hazırda kənd təsərrüfatı məhsullarının qiymətlərinə nəzər salsaq, keçən ilin eyni dövrü ilə müqaisədə kifayət qədər artım olduğunu görərik.

Statistikaya baxsaq görərik ki, ümumi xərclərdə 5%-lik bir azalma varsa, əvəzində market xərclərində 50%-lik artım olub. Minimum istehlak zənbilinə daxil olan bütün qida növlərinin qiymətində artım mövcuddur. Belə olan halda 3%-lik inflyasiyadan bəhs etmək yalan olar. Mən deyərdim ki, Mərkəzi Bank indiyə qədər həqiqi inflyasiya rəqəmləri ilə ayaqlaşa bilməyib.

Vüsalə Əhmədova: “Restoran, kafe, ictimai iaşə obyektləri, şadlıq saraylarının fəaliyyətə başlaması ilə qiymətlərdə daha çox artım olacağı gözlənilir. Bunun üçün indidən gərəkən addımlar atılmalıdır”.

İqtisadiyyatı manipulyasiya edilmiş rəqəmlərlə ayaqda tutmaq isə mümkün deyil. Əsas bahalılıq bizi postpandemiya dövründə gözləyir. Məlum olduğu kimi, restoran, kafe, ictimai iaşə obyektləri, şadlıq saraylarının fəaliyyətə başlaması ilə qiymətlərdə daha çox artım olacağı gözlənilir. Bunun üçün indidən gərəkən addımlar atılmalıdır. Bilirik ki, dünyanın hər yerində tətbiq edilən karantin rejimi ticari fəaliyyətləri məhdudlaşdırdı. Ölkələr arasında sərhəd keçidləri bağlandı, ərzaq idxal və ixracına qadağalar qoyuldu.

Pandemiyanın dünya iqtisadiyyatını iflic edəcəyi gözləntiləri var. Belə olan halda dövlət rəsmilərimizin hələ də optimist çıxışları təəccüb doğurur desəm doğru olar. Bir paradoks da mövcuddur ki, kiçik, yoxsul, əhalisinin sayı az və daha çox təcrid olunmuş ölkələrin pandemiyadan daha az zərərlə çıxacağı deyilir. Yeganə dilemma, əsasən iqtisadiyyatı kövrək olan dövlətlərin lazımi adekvat addımı zamanında ata bilməməsidir ki, bu da həmin ölkələrdə vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) gəlir bərabərsizliyi sahəsində aparıcı alimi Branko Milanoviçin bu yaxınlarda maraqlı çıxışının şahidi oldum. Hər bir halda, iqtisadiyyatlar daralacaq, qlobal ticarət ciddi şəkildə məhdudlaşacaq və xarici bazarlar itiriləcək. Tək çıxış yolu yerli istehsalı gücləndirmək və tədarük zəncirini təmin etməkdir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar