Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elman Rüstəmov Mərkəzi Bank sədrləri arasında ikincilərdən olub

“Global Finance” jurnalı dünya ölkələrinin Mərkəzi banklarının sədrlərinin yer aldığı “Central Banker Report Cards 2019” hesabatını yayımlayıb

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov hesabatda “B” kateqoriyasında yer alıb.

“A”dan “F”dək kateqoriyalaşdırılan sədrlərin siyahısına 94 ölkənin baş bankiri salınıb. Hesabatın hazırlanmasında inflyasiyanın nəzarətdə saxlanılması, iqtisadi inkişaf, sabit məzənnə və faizlərə nəzarət əsas prinsip olaraq götürülüb.

“A” kateqoriyasında Bolqarıstan, Avropa İttifaqı, İslandiya, Rusiya, Böyük Britaniya, Avstraliya, Cənubi Koreya, Tayvan, Gürcüstan, Botsvana, Misir, Küveyt, Livan, Mərakeş, QətərSəudiyyə Ərəbistanının Mərkəzi banklarının sədrləri qərarlaşıb. “F” kateqoriyasında isə sadəcə Venesuela var.

Elman Rüstəmovun da yer aldığı “B” kateqoriyasına Baham adaları, Kanada, Kolumbiya, Dominikan, Şərqi Karib Mərkəzi Bankı, Ekvador, Salvador, Paraqvay, Peru, Belarus, Çexiya, Macarıstan, Norveç və İsveçin baş bankirləri daxildir.

Region ölkələrindən Gürcüstan “A” kateqoriyasında yer alıb. İran, Türkiyə və Ermənistan isə siyahıya daxil edilməyib.

Qeyd edək ki, E.Rüstəmov ötənilki siyahıda da “B” kateqoriyasında idi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar