Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elman Rüstəmov: “Azərbaycanın xaricdə yerləşdirdiyi vəsaitlər öhdəliklərindən 2 dəfə çoxdur”

“Azərbaycan Mərkəzi Bankı 2018-2019-cu illərdə uçot dərəcəsini təxminən 2 dəfə azaldaraq 7,5%-ə endirib”...

PİA.az “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə deyib.

“Biz bu siyasətin bank faizlərinə təsirini görürük. Məsələn, son 2 ildə biznes kreditlərinin orta illik faiz dərəcəsi 5 faiz bəndi azalaraq 11%-ə düşüb. Amma bu səviyyə bizi qane etmir və faizlərin daha da azalması istiqamətində işləri davam etdirəcəyik”, - deyə o, qeyd edib.

Bundan başqa, baş bankirin sözlərinə görə, ötən il dövriyyədə olan pul kütləsinin həcmi 24% artırılıb: “Pul siyasətinin yumşaldılması çərçivəsində banklara 2 milyard manatdan çox vəsait verilib ki, onlar bunu kreditləşmə üçün istifadə etsinlər. Ümumilikdə son 3 ildə aşağı inflyasiya, milli valyutanın sabit məzənnəsi, getdikcə azalan xarici borc Azərbaycanın xarici kreditor mövqeyini gücləndirib.

Hazırda bizim xaricdə yerləşdirdiyimiz vəsaitlərin məbləği 100 milyard ABŞ dollarından çoxdur ki, bu da öhdəliklərimizlə müqayisədə 2 dəfə çoxdur. Bu da onu göstərir ki, Azərbaycanda möhkəm makroiqtisadi sabitlik, dayanıqlılıq yaradılıb və iqtisadi inkişafa təsir edir”, - deyə o, əlavə edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar